Beyninizin Düşmənini Tanıyın!

0
2461
Beyninizin Düşmənini Tanıyın!

İnsanın televiziyaya qarşı biganə qalması mümkün deyil. Çünki insan xarici və daxili təsirlərdən yaranan impulslara daim reaksiya verir. İşığı gözləriniz, səsi qulaqlarınız, qoxunu burnunuz qəbul edir, hava axını bədəninizə toxunur, ani sancılarla mədəniz narahat olur və hətta düşüncələr belə ona təsirsiz ötüşmür. İstənilən vəziyyətdə bu impulslar sinir sisteminə təsir edir.

Son zamanlar, televiziyanın ictimai və psixoloji təsirlərinin tənqid olunduğuna şahid oluruq.Bu müzakirələri,  televiziyanın fizioloji zərərlərini qulaq ardına vurmağımız çox təhlükəlidir. Son dövrlərin elmi tədqiqatları,televiziyanın orqanizmimizə vurduğu zərərlərinin çox ağır olduğunu deyir və bu zərərli təsirlər uzun müddət bədəninimizdə qalır.

Beyin üzərində aparılan araşdırmalar, körpənin doğumundan, yetkinlik dövrünə qədər keçən kritik bir dövrü əhatə edir. Araşdırmalara görə körpələr, milyardlarla “neyron” adlanan beyin hüceyrəsiylə doğulur və ilk üç ildə bu hüceyrələri dəstəkləyəcək və qidalayacaq milyardlarla “qlia” hüceyrəsi yaranır. Mərkəzi sinir sisteminin təxminən yarısı beyin hüceyrələri təşkil edir və digər yarısı isə köməkçi hüceyrələrdən  ibarətdir.

Çünki əsas beyin hüceyrələri, qida saxlama və oksigen təminatı fəaliyyətlərini icra edə bilmirlər və bunlarsız qısa müddətə məhv olarlar. Ən pisi isə odur ki, orqanizmin digər hüceyrələrdən fərqli olaraq ölən bir sinir hüceyrəsinin yerinə yenisi yaranmır. Belə çıxır ki, insan beyni bir tərəfdən inkişaf etdikcə digər tərəfdən beyin hüceyrələri ölməyə davam edirlər. Bu həqiqət hər bir beyin hüceyrəsinin qorunmasının nə dərəcədə əhəmiyyətli olduğunu bildirir.

Sinir hüceyrələri olan qlia hüceyrələri, dendrit və akson adlanan bağlar vasitəsi ilə bir-birləriylə əlaqələr qurur və beləcə beynin digər bölgələrinə nüfuz edirlər. Altı yaşında bir uşağın beyni yetkin birinin beynin üçdə ikisi qədər olmasına baxmayaraq sinir hüceyrələri arasındakı əlaqələr baxımından həm on səkkiz aylıq bir körpəyə, həm də həddi-buluğa çatmış birinə nisbətən beş-yeddi qat daha çox əlaqəyə malikdir. “İnkişaf edən insan beyninə televiziyanın təsiri” adlı kitabın yazıçısı Keyt Buzzellə görə altı-yeddi yaşlarında bir uşağın beynindəki sinir hüceyrələri milyonlarla əlaqə qura biləcək bir tutuma malikdir. Bu inkişaf potensialı uşaq on-on bir yaşlarına gələndə dayanır və uşaq bu əlaqələrin  80 %-ini itirir. Əgər bu yaşlara qədər uşaqda sinir hüceyrələri arası əlaqələr inkişaf etdirilməyibsə, artıq ona heç nə kömək edə bilməz. Bununla da istifadə edilməyən həcm itirilir. Sonra isə beyində yaranan bir ferment zəif əlaqələri tamamilə əridib yox edər.

Uşaq inkişaf edərkən eyni zamanda beyin də inkişaf mərhələlərindən keçir. Bu mərhələlər ana beyindən duyğu beyinə və duyğu beyindən düşüncə-fəlsəfə beyinə doğru yönələr. Lakin bu “yol xəritəsi” boyu bəzi kritik dövrlər yaşanır. Beyin inkişafının normal getməsi üçün bu kritik dövrlərə ciddi nəzər yetirmək lazımdır. Məsələn, uşağın nitq qabiliyyətinin inkişafı üçün uşağın ətrafındakı böyüklərin danışıqlarını eşitməsi vacibdir. Müəyyən bir yaşa qədər bu imkanı əldə etməmiş bir uşağın normal danışması ya çox çətin ya da qeyri-mümkündür.

Ana beyin, bədənin hərəkətverici fəaliyyətinə, reflekslərə, fiziki hərəkətlərini təşkil etməyə məsuliyyət daşıyır. Fiziki olaraq ana beynə bitişik olan duyğu mərkəzi isə sevmə, nifrətetmə kimi fəaliyyətləri nizamlayır. Eyni zamanda duyğu mərkəzi səmimi və romantik əlaqələri tənzimləməyə də məsuldur. Düşüncə-fəlsəfə beyin isə hislərimiz və düşüncələrimizi bir araya gətirib, davranışlarımıza istiqamət verir. Neokorteks adı  verilən düşüncə-fəlsəfə beyin insanın intellektini təmsil edir və digər iki beynin hamısından beş dəfə böyükdür. Bu beyin mərkəzlərinin hər biri bir-biri ilə “myelin” adlanan maddə vasitəsi ilə əlaqə yaradaraq beynin mükəmməl iş prinsipini icra edirlər.

Hüceyrələr arası əlaqələr nə qədər çox olsa, myelin ifrazatı da o qədər çox olar. Myelinin bol olması sinir siqnallarının keçiş sürətini artırır. Bu səbəbdən uşağın inkişafı dövründə ehtiyac duyduğu impulsları alması həyati əhəmiyyət kəsb edir. Məsələn, ana beynin inkişafı əsnasında uşaqlar təkrarlanan ritmik hərəkətlərə ehtiyac duyarlar. Bu nöqtədəki əskiklik ana beynin sinir hüceyrələri arasındakı əlaqə pozuqluğuna- o da uşaqlarda diqqət probleminə gətirib çıxarar.

Körpə yerdə dayanan bir topu əlinə almağa çalışarkən onu dişləməyə çalışarkən, hətta o topdan çıxan səs ya da qoxunu qəbul etməyə çalışarkən beynindəki sinir hüceyrələri öz aralarında əlaqələr qururlar. Uşaq televiziya izlədikdə isə beyin impulsları azalar. Məhz bu səbəblə də nitqdən, toxunuşlardan və oynamaqdan  uzaq olan uşağın beyninin həcmi normal uşaqlara görə  20-30 % daha kiçik qalar.

 

Televiziyanın fiziki təxribatları əlbəttə bununla məhdud deyil. Aparılan araşdırmalar  nəticəsində məlum olmuşdur ki, müntəzəm olaraq televiziya izləyən uşaqların əksəriyyətinin göz tənbəlliyinə düçar olur. Beləliklə,uşaqların oxuma qabiliyyətləri azalır. Davamlı olaraq televiziya izləmənin gözü çox çox yorması, gözün istirahət imkanının olmaması isə performansı aşağı salması və görmə qabiliyyətinin tədricən itirilməsi kimi fəsadlar, artıq elm tərəfindən sübut olunub.

Televiziya yayımlanan kadrların orta hesabla 3,5 saniyədən çox sürmədiyinə diqqət yetirsək, gözün normadan artıq işləməsini həqiqətini qəbul edərik.

Televiziyanın mənfi təsirləri görüldüyü kimi çox təhlükəlidir. Bu pis təsirlərin, xüsusilə, beyninin əsas inkişaf dövrünü yaşayan uşaqları əhatəsinə imkan verməmək üçün valideynlərin üzərinə böyük məsuliyyət düşür.

 Korrektor redaktor:Salmanlı Ayna

 

ŞƏRH YAZIN