Çalışan Anaların 8 Qızıl Qaydası!

0
1968
Çalışan Anaların 8 Qızıl Qaydası!

Qadınlar eyni zamanda bir neçə məsuliyyəti daşıya bilirlər. Ana, məsuliyyəti iş qadını, məsuliyyəti həyat yoldaşı... Bəzən çox çətinliklər yaşayırlar. Bəzən eyni zamanda 3 vəzifədə də hər şey yaxşı getmir. 

Evə gələndə uşaqları ilə oynayarkən müdiri ya da müştəri zəng edir və  bu dəfə də işdəki məsuliyyətlərini düşünür, yenə kədərlənir və əsəbi vəziyyət alır.

Bu dövranda iş, ev və vəzifələrimiz arasında apardığımız davamlı get-gəllərdə həyatı qaçırdığımızı düşünərik və bu səbəbdən depressiyaya girərik.

Bəs bütün bu məhsuldarlığımız və vəzifələrimiz arasında həyatımızdakı xoşbəxtlik və əmin-amanlıq tarazlığını necə tapa bilərik?

İş və yaşam tarazlığını qurmağın  8 qızıl qaydası:

1- Əvvəl, həyatınızdakı prioritetlər sırasında neçənci sırada olduğunuzu özünüzdən soruşun. Əgər özünüzü sonuncu sırada görürsünüzsə, xahiş edirik, özünüzü birinci sıraya alın. Bilin, siz varsınızsa, dünyanız var. Özünü işıqlandırmayan bir şam heç bir yeri işıqlandırmayacaq.

2- İşiniz, eviniz arasına kiçik fasilələr və bəhanələr yerləşdirin. Özünüzü xoşbəxt edəcək kiçik qəhvə fasiləsi vermək, ya da bir yoldaşınızla söhbət etmək, gəzmək, idman etmək kimi özünüzü xoşbəxt edəcək  kiçik mükafatlarınız olsun. Beləliklə, bədəninizdəki serotonin və endorfin artacaqdır və evdə, iş yerində, özünüzə və hər şeyə qarşı daha səmərəli, enerjili və səbrli olacaqsınız.

3- Qadın şəxsiyyətinizə sahib olun. Enerjinizi qoruyun.

4- Evdəki işlərdə isə yoldaşınız və uşaqlarınız arasında vəzifə bölgüsü aparın. Eyni dam altında öhdəliklərinizi bölüşün.

5- Mütləq bir hobbiniz olsun

6- Tək qalmaq üçün xüsusi vaxtlarınız olsun.

7-Duyğularınızı yaza biləcək dəftəriniz olsun. 

8- Unutmayın, siz robot deyilsiniz! Özünüzü hər şey üçün həlak etməyin.

 

Korrektə etdi: Elnarə İzel

ŞƏRH YAZIN