Evlilik kilolara necə təsir edir?

0
818
Evlilik kilolara necə təsir edir?

 Yəqin nəzər yetirmisiniz, qadınların evlilikdən sonra kiloları artır, kişilərdə isə, əksinə azalır. Bəs bunun sirri nədədir?


İngiltərədə bir evdə yaşayan cütlüklər arasında araşdırma aparılıb. Araşdırmaya qatılan qadınların üçdə biri, çəkilərinin artdığı üçün daha az yemək yediklərini açıqlayıb. Kişilərin üçdə biri isə daha az yemək yemə meylində olduqlarını bildirib. Kişilərin əksəriyyəti daha çox salat və qatıq kimi yeməkləri artırdıqları üçün kilolarının azaldığını düşünürlər. 

Mütəxəssislərə görə, birlikdə yemək hazırlayan cütlüklər, ümumiyyətlə hansı qidalara ehtiyacları olduğunu nəzərə almırlar və hazırladıqları yeməkləri bərabər miqdarda yeyirlər. Cütlüklər, alış-veriş zamanı da bənzər mövqe sərgiləyirlər. Qadınların 90 faizi kişilərlə birlikdə bazarlığa çıxdıqları zaman daha çox ət alırlar. 

Dietoloq Fiona Hanter, qadın və kişilərin fərqli qidalara ehtiyac duyduğunu və bu səbəblə, davamlı bu şəkildə qidalanmanın sağlamlıqlarına zərər verə biləcəyini bildirib. “Daily Mail”in xəbərinə görə, kişilər daha çox B vitamininə ehtiyac duyur, qadınların xüsusilə hamiləlik dövründə fol turşusuna ehtiyacı artır.

ŞƏRH YAZIN