Uğurun Sirri

0
16968
Uğurun Sirri

Həm mükəmməl iş yoldaşı, həm də mükəmməl həyal yoldaşı olmaq elə də çətin deyil. Bunların hər ikisi eyni anda mümkündür. Əgər həyat yoldaşınız həm də sizin iş yoldaşınızdırsa, o zaman bu məsləhətlərimiz sizin üçündür. 

Yuxu kimi bir iş günü keçirdikdən sonra evə getdiyinizdə yaşadığınız çətinlikləri ofisdə buraxın. İşlərinizi yatağa daşımayın...

Günün sonunda ən rahatladığınız an şübhəsiz ki, başınızı yastığa qoyduğunuz anlardır. İstər istəməz yatmadan əvvəl sabahısı gün etməniz lazım olan işləri fikirləşər, layihələrin son təslim tarixləri ilə narahatlıqlar yaşaya bilərsiniz. Yanınızda yatan adamın iş ortağınız xaricində yoldaşınız olduğunu və onun da onsuz da davamlı buna baş yorduğunu unutmayın. İş danışmaq yerinə, sohbet edin, əyləncəli mövzulardan bəhs, bir-birinizlə əylənin.

Professional davranın...

Ofisdə davamlı olaraq sizə suallar soruşan və ya işlə əlaqədar problemlər çıxaran iş yoldaşlarınız ola bilər. Daha da pisi onlardan birinin əriniz olması. Yoldaşlarınıza nəzakət göstərmək məcburiyyətində ola bilərsiniz amma söz mövzusu yoldaşınız olduğunda bütün nəzakət qaydaları uçar gedər. 

Evdə əhvalı böyüdən siz olun...

Ofisdə pis bir gün keçirdiyinizdə evə gedib sifət asmaq və gərginlik yaratmanın kimsəyə bir faydası olmaz. Bu nöqtədə iş sizə düşür.İpləri əlinizə almalısınız. Unutmayın sizin gün içində yaşadığınız çətinlikləri o da yaşadı. Evə gəldiyinizdə pis davransanız bu, yoldaşınızı işlə əlaqədar narahatlıqlarını də artıracaq. Bu səbəblə müsbət davranışınızdan  güzəşt verməyin. 

Bir-birinizin meneceri olun...

Dostların bir yeməyə çıxdığınızda yoldaşınızın iş həyatında nə qədər müvəffəqiyyətli olduğundan və doğru qərarlar verərək şirkətinizi böyüməyə apardığında danışa bilərsiniz. Bir-birinizlə daim qürur duyun! Yoldaşınızın qürurunu oxşamanız sizin daha yaxşı bir sıra olmanızı təmin edəcək. Alacağınız qərarlarda əvvəl ona müraciət, iş təcrübəsinə güvənin.

Böyük düşünün!

Həyatın hər anında bir-birinizin yoldaşı olduğunuza görə xəyallarınız də eyni istiqamətdə olacaq. Risk etməkdən və böyük xəyallar qurmaqdan qorxmayın.  Beləcə həm müvəffəqiyyətli bir ana-ata həm də iş ortağı ola bilərsiniz. Gücünüzü  birləşdirin
 
Korrektə etdi: Salmanlı Ayna

ŞƏRH YAZIN