Həyatın Qanunudur ...

0
3185
Həyatın Qanunudur ...

Şəxsiyyət:

1. Heç vaxt öz həyatınızı digər insanların həyatı ilə müqayisə etməyin. Axı onların nə yaşadığını və necə çətin yollardan keçdiyini bilmirsiniz.
 
2. Mənfi fikirləri özünüzdən uzaqlaşdırın. Çünki onları idarə etmək olduqca çətindir. Bunun əvəzində bütün enerjinizi yaşadığınız günə həsr edin.
 
3. Öz sərhədlərinizi bilin.
 
4. Heç vaxt özünüzü ciddi şəkildə tənqid etməyin.
 
5. Öz enerjinizi dedi-qoduya sərf etməyin.
 
6. Zamanınız olduqda çoxlu xəyal qurun.
 
7. Paxıllıq boşa keçirilən zamandan başqa bir şey deyildir. Siz ki arzuladığınız hər şeyə artıq sahibsiniz.
 
8. Keçmişdə yaşadığınız problemləri unudun. Heç vaxt sevdiyiniz insana keşmişində etdiyi səhvləri xatırlatmayın. Bununla siz xoşbəxt olmaq şansını əlinizdən qaçıracaqsınız.
 
9. Həyat onu kin və nifrətə sərf etmək üçün çox qısadır. Digər insanlara nifrətlə yanaşmayın.
 
10. Xoşbəxtliyinizə görə sizdən başqa heç kim cavabdeh deyil.
 
11. Həyatın bir məktəb olduğunu unutmayın. İnsan məktəbə bilik əldə etməyə getdiyi kimi həyata da onu dərk etməyə, öyrənməyə və onun qaydalarına uyğun yaşamağa gəlir. Problemlər tədris proqramının yalnızca kiçik bir hissəsidir. Məktəbdə tədris olunan fənnlər kimi problemlər də bir-birini əvəz etsə də, onların öyrətdiyi biliklər və verdiyi dərslər insanın yaddaşında əbədi iz buraxır.
 
12. Bacardğınız qədər çox gülümsəyin.
 
13. Hər mübahisədə qalib gələn tərəf siz olmalısınız deyə bir qayda yoxdur.
 
14. Əgər sizin ciddi problemləriniz varsa, psixoloqa müraciət edin və bununla da problemlərinizi birdəfəlik həll etməyə müvəffəq olun.

Sağlamlıq:

1. Bol maye qəbul edin.
 
2. Kral kimi səhər yeməyi, şahzadə kimi günorta yeməyi, yoxsul kimi axşam yeməyi yeyin.
 
3. Gündəlik qida rasionunuzda zavodlarda istehsal olunmuş qidalara deyil, təbii məhsullara üstünlük verin.
 
4. Müxtəlif oyunlar oynayın.
 
5. Zaman keçdikcə daha çox kitab oxumağa səy göstərin.
 
6. Hər gün ən az 10 dəqiqə sakit mühitdə dincəlməyə üstünlük verin.
 
7. Normal yuxunun 7-8 saat olduğu faktını unutmayın.
 
8. Gün ərzində 10-30 dəqiqə gəzin. Gəzinti zamanı gülümsəməyi unutmayın.

Həyat:

1. Sizin üçün faydalı olmayan, sizə xoşbəxtlik və məmnunluq hissi yaşatmayan hər şeydən uzaq durun.
 
2. Unutmayın ki, hər bir yaxşı və ya pis vəziyyətin dəyişdiyi məqam vardır.
 
3. Özünüzü necə hiss etməyinizdən asılı olmayaraq, gözəl geyinin və vaxtınızı əyləncəyə sərf edin.
 
4. Həyatınızın ən gözəl günləri hələ qarşıdadır.
 
5. Hər bir insan qəlbinin daxilində bir yerlərdə mütləq xoşbəxtdir. O kiçik xoşbəxtliyi gizlətməyin və paylaşın ki, sevinciniz artsın.

İnsanlar:

1. Yaxınlarınız və dostlarınızla tez-tez telefon əlaqəsi yaradın.
 
2. Hər gün yaxşılıq edin və digər insanlara kömək etməyə çalışın.
 
3. Yaşlı nəslin nümayəndələri ilə daha çox vaxt keçirin.
 
4. Gün ərzində ən azı 3 insana gülümsəməyi unutmayın.
 
5. Digər insanların sizin haqqınızda nə düşündüyünə önəm verməyin.
 
6. İşinizə görə dostlarınızdan uzaqlaşmayın. Çünki xəstələndiyiniz zaman işiniz deyil, dostlarınız sizin qayğınıza qalacaq. Bu səbəbdən də onlarla əlaqəni kəsməyin.
 

 
 
Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN