Kişilərin də kompleksləri var!

0
2069
Kişilərin də kompleksləri var!

 Hər kəsin bir kompleksi var. Bu komplekslər insanları ruhdan salar və ən əsası gerçəkləri qəbul etməsini əngəlləyər. Bir də kişilərin ümumi komöleksləri var. Maraqlı gəldi, eləmi? Elə isə, kişilərin kompleksləri tanış olaq.


1) Qadın məndən gözəldir 
 
Bu həqiqət kişini qorxudur. Ona elə gəlir ki, qadın onu hər an atıb gedə bilər. Bu da kişidə özünə əminliyi azaldır. Bu cür oğlanların ideal sevgililəri: qadın ağıllı olsa da, zahirən nəsə bir qüsuru olmadır.

2) Saçım tökülür
 
Əzələli bədən forması, təmiz sifət, ağ dişlər ... bununla fəxr etmək olar. Amma bu xoşbətliyi saçlar pozur. Bəziləri bu problemdən başlarını keçəl qırxdırmaqla azad olurlar. Bəziləri isə qadının gülüş hdəfinə çevrilməkdənsə, yeganə köməyi parikdə görür. Amma bəzi qadınlar keçəllyi seksual amil adlandırır. Bir çox tanınmış aktyorlar var ki, onlar keçəldir lakin qadınlar tərifindən dəlicəsinə sevilir. Ona görə bunu çox böyük problem kimi qəbul etməyin.

3) Kasıbı kim sevər? 
 
Bu, komplesklər arasında ən gec sağalndır. Bəs, valideyn bilmirdi ki, oğlan uşağına balaca vaxtından sən ailə dolandırmalısan, hamı sənin əlinə baxacaq deyəndə, o, da bu cür sağalmaz kompleks yaşayacaq? Unutma ki, səni sevən qadın əsas diqqəti pulqabına yox, sənin bacarığına yönəldəcək. Varlanmaq istəyirsən? Onda bacarığını təkmilləşdir. Qorxu və utancaqlıq səni əksinə, daha da geri salacaq.

4) Çətir götürmək
 
Kişilərin çoxu çətiri qadın aksessuarı kimi qəbul edir və ondan imtina edir. Yağış altında gəzib islanmağı, çətirdə gəzmək üstün tuturlar.

ŞƏRH YAZIN