Mübahisələr kimin xeyrinə işləyir?

0
1647
Mübahisələr kimin xeyrinə işləyir?

 Hər bir ailədə kiçik də olsa mübahisələr olur. Xoşagələn bir durum olmsa da, bəzən bu mübahisələr kiminsə xeyrinə işləyir. Məsələn, ailədaxili mübahisələr qadınların xeyrinə işləyir. Alimlərin 10 il ərzində apardıqları araşdırma əsəbləşərkən fikirlərini ifadə edən, mübahisədən çəkinməyən qadınların əsəbini «içində çəkənlər»lə müqayisədə daha çox yaşadığını üzə çıxarıb. Tədqiqat göstərib ki, qadınların ürəyində yaranan problem onun ailə mübahisəsi zamanı özünü necə aparması ilə birbaşa əlaqəlidir. Mübahisə zamanı «dilini özündə saxlayan» qadınların ürəktutmasından vaxtından əvvəl dünyasını dəyişmək ehtimalı digərlərilə müqayisədə düz 4 dəfə artıqdır.


Ən maraqlısı isə budur ki, kişilərdə bu əksinədir: kişi nə qədər qışqırırsa, özünü bir o qədər pis hiss edir. Məhz bu cür kişilərdə ürək-damar xəstəliklərinin yaranma ehtmialı daha yüksəkdir.

ŞƏRH YAZIN