Musiqinin Beyninə Təsiri

0
2527
Musiqinin Beyninə Təsiri

Son illər musiqinin insan üzərində təsiri və inkişafı ilə bağlı bir sıra araşdırmalar aparılır.

Araşdırmaya görə musiqi təhsili alan insanın beyni digər insanlara görə daha fərqli çalışır.
 
Musiqiçilərin beyinlərinin hər iki yarım kürəsi birlikdə çalışır, düşünmə və tətbiqi zamanı buna musiqiçilərin eyni anda hər iki yarım kürəsindəki hərəkətlərin aktiv olması göstərilə bilər. Çünki musiqiçi həm gördüyü notları və ritmləri beynində düşünür, həm də düşündüyü şeyləri hər iki əli, hətta bəzən ayaq ritmləri ilə ifa edir. Beyninin hər iki yarım kürəsi bu şəkildə birlikdə və balanslı istifadə olunur.
 
Araşdırmalar maraqlı nəticələr verdi, belə ki, musiqiçilərin zəka (IQ) səviyyəsi musiqiçi olmayanlara görə daha yüksəkdir. Bu həm də əvvəllər musiqi ilə məşğul olmuş şəxslərə də aiddir. Şübhəsiz ki, zəka da zehni fəaliyyətlər nəticəsində beyin hüceyrələri arasında qurulan fiziki şəbəkələrin bir məhsuludur. Ayrıca musiqi, beyin və konsentrasiya arasında da maraqlı əlaqələr vardır.
 
Araşdırmanın nəticələri:
 
* Musiqi bədən üzərinə birbaşa təsir edir, xüsusilə ürək atışlarını və maddələr mübadiləsini tənzimləyir.
 
* Müəyyən musiqi növləri dinclik verən hormonların ifraz olunmasını artırır.
 
* Musiqi riyazidir! Bu vəziyyət bəzi beyin dövrələrini hərəkətə keçirir, kompleks və mürəkkəb fikirlərin daha asan həll edilməsini təmin edir.
 
* Musiqi ilham verir, duyğuları hərəkətə keçirir. Yaradıcılığı artırır!
 
* Uzun müddətli yaddaşı təmin edir.
 
* Musiqi dinləyənlərə analitik düşünmə bacarığı qazandırır.
 
* Sakit musiqi istənilən yaş qrupu insanların ruhunu rahatlaşdırır.
 
Musiqi bizdə gözəl duyğular oyandırmasından əlavə, ruha həyat verən sehirli toxunuşa da sahibdir. Hər dinləyənə dəyişik hisslər yaşadır, fərqli psixologiyalara sahib insanların eyni müsiqiyə qarşı reaksiyaları da buna paralel olaraq bir-birindən fərqli olacaq. Bu səbəblə müalicədə istifadə edilən musiqilərin seçimi olduqca önəmlidir. Musiqinin müalicə kimi istifadəsinin tarixi olduqca qədimlərə söykənir. Bir insanın musiqi ilə tanışlığı ana bətnində baş verir, bu da o deməkdir ki, musiqi biz həyata gəlmədən bizim yanımızda olur.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN