Necə Aşiq Oluruq?

0
1185
Necə Aşiq Oluruq?

İnsan necə aşiq ola bilir? Heç bunu düşünmüsüz? İnsanlar özlərini dərk edəndən sevginin sirrini axtarır. "Psychologies" jurnalının Fransa bölməsi elm insanlarına 'necə aşiq oluruq' və 'uzun əlaqənin sirri nədir' suallarını soruşdu.

Beləliklə, "Psychologies" jurnalı psixatorların apardığı tədqiqatdan sonra uzun və xoşbəxt əlaqənin 6 sirrini hazırladı. Əgər uzun müddətli bir əlaqə istəyirsinizsə, etməyiniz lazım olanlar:
 
-Aid olma ehtiyacı: münasibətlər üzrə terapist Robert Neuburger, "Romantik səbəblərlə deyil, aid olma ehtiyacımız səbəbiylə uzun müddətli bir əlaqə istəyirik" deyir. Bir başqa insanlar zaman-zaman bir qrupa, bir yerə, bir şeylərə aid olmaq istər. Özünü belə bir ehtiyac içərisində hiss etmək əlaqələri daha uzunmüddətli edər.
 
-Ortaq zövqlər: Edilən psixoloji araşdırmalar ortaq zövqləri olmayan cütlüklərin əlaqələrinin uzun ömürlü olmadığını ortaya qoyur.

-Özlərinə xas rituallar: Bir cütlüyə məxsusi bir-birlərini digər yoldaşlarından ayıran ritualları olmalıdır. Bir cütlük ola bilmək xüsusi, ortaq paylaşımlar tələb edir. Bunun üçün məsələn hər şənbə kinoya gedə bilər, tətillərinizin hər il eyni yerdə keçirə bilər, bazar günləri həmişə eyni restorana yeməyə gedə bilərsiniz. İkinizə aid rituallarınız olmalıdır.

-Bir-birlərinin ətrafını tanımaq: Bağlılığın ilk göstəricilərindən biri sevgilinizi yaxın ətrafınıza tanıtmaqdı.

-Sevgilin üçün narahat olmaq: Hər iki tərəfdə narahatçılığı məğlub etməli və sevgilisinin xəyalları, keçirtdiyi dəyişikliklər, həyatında olub bitənlərlə yaxından maraqlanmalısınız.

-Sevgilinə necə olduğunu soruşmaq: Cütlüklər ümumiyyətlə bir-birlərinə "necəsən" sualını soruşmağı unudarlar. Sevgilinizə "necə olduğunu" soruşub, həqiqətən özünü necə hiss etdiyi ilə maraqlanmalısınız.
 
 
Niyə aşiq oluruq?
 
Psixiatriya professoru Mişel Reynaud eşqi belə açıqlayır: "İnsanoğlu bir başqasına bağlı olma və ehtiyac duymağa proqramlıdır. Biri ilə birləşməyə, fiziki həzz duymağa, özümüzü etibarda hiss etməyə ehtiyacımız var. Bunların hamısı testosteronla başlayır. Bu hormon da cinsi əlaqədə arzu hormonunun sekresiyalanmasına səbəb olur.

Bundan başqa orgazmda sekresiyalanan endorfin və eşq hormonu olaraq bilinən oksitosin hormonunun yaratdığı xoşbəxtlik hissləri də insanı eşqə itələyir. "
 
Fransız psixiatr Maria-Laure Colonna isə eşqin tamamilə şüuraltının bir oyunu olduğunu müdafiə edir. Colonnanın fikrincə, insan qoxusu, toxunuşu, baxışı və ya hər hansı bir detalı ilə uşaqlığından qalma həyəcanı xatırladan kəslərə aşiq olur.
 

Cütlər niyə dava edər?

İngilis psixiatr Doktor David Burns, "Birlikdə Yaxşı hiss etmək" adlı son kitabında cütlüklərin mübahisə etməsinin səbəblərindən danışıb. Burns deyir ki, cütlüklər arasındakı mübahisələrin səbəbi: Eqolarıdır! Burns, münaqişələrin səbəbini belə sıralayır:

-Güc və nəzarət: Digər insanların üzərində güc sahibi olmağı istəmək insan təbiətinin bir hissəsidir. Əlaqədə münaqişələrin qarşısını almaq üçün sevgilinizə nəzarət etməyə çalışmaq yerinə, özünüzü onun yerinə qoymağa çalışın.

-Özünü günahlandırmaq: Əgər əlaqədə bütün günahı çiyinləmək, enerjinin tükənməsinə və bir müddət sonra əlaqədən alınan zövqün itməsinə səbəb olar.

-İntiqam: İntiqam hissi yalnız problemi böyüdür.

-Ədalət və tərəfsizlik: Əsəbiləşdiyinizə, "Bu heç ədalətli deyil", "Buna layiq olmadım" kimi cümlələr istifadə etmək, yalnız sizə özünüzün haqlı olduğunu düşündürür və əlaqəyə zərər verər. Müzakirələrin haqla bir əlaqəsi olmadığını qəbul etməniz lazımdır.

-Narsistlik: Narsist (xudbinlikdən irəli gələn, özünə vurğunluq, insanın özünə aşiq olması, öz-özünə səcdə etməsi mənasına gələn ruhi sarsıntı, xəstəlik anlayışı) tərəfinizi unutmalı və qarşınızdakına də haqq verməyi öyrənməlisiniz.

-Yarış: Hər kəs qazanmaq istəyir amma qazanmaq hissi yalnız davanı canlı tutmağa imkan verər. Əlaqədə qazanan və itirən olmamalıdır.

-Hirs: Hirsi xaricə vurmanın 3 yolu vardır. Birincisi aktiv olaraq bir mübarizəyə gətirib çıxarmaq, ikincisi üzləşməkdən qaçmaq, üçüncüsü də sakit olmağa çalışaraq qarşındakına hörmət göstərmək. Sevgiliniz sizi əsəbləşdirdiyində, 30 saniyə onun nə dediyini anlamağa çalışın, sonrakı 30 saniyədə də dediklərini ona təkrar edərək onu anladığınızı göstərin. Bu bir-birinizi anlamanızı təmin edir.

-Etiketləmək:
Sevgilinizə, "sən eləsən", "sən beləsən" deyərək etiketləməyin.

-Utanc: Sevdiyimiz birinin səhvlərimizi görməsini istəməz və divarlarımızı hörərik. Lakin əslində ən güclü olduğumuz yer qarşımızdakının bütün zəiflərimizi bildiyi andır.

Münasibətlərin bitdiyinin işarələri:

Əlaqələr və evlilik məsləhətçiliyi ilə araşdırmaları edən Gottman İnstitutu bir əlaqənin sonunun gəldiyini göstərən dörd mövqeyi təyin etdi. Bu hərəkətlər münasibətlərin 96% sonu gəldiyi göstərir.

-Həddindən artıq tənqid: Əgər sevgilinizi çox ağır tənqid etməyə başladınızsa, əlaqəniz üçün təhlükə zəngləri çalır deməkdir.

-Alçaltma: Əgər sevgilinizi alçaltmağa başladınızsa bu əlaqədə hörmətin bitdiyini göstərir.

-Müdafiə: Davamlı müdafiədə olmaq, adamı haqlı olduğuna inandırır və ünsiyyət yollarını bağlayar. Ünsiyyətin tükənməsi əlaqəni öldürər.

-Qurbanı olmaq
: Davamlı özünüzü qurban kimi göstərmək, qarşınızdakını alçaldar.
 
 
 
Redaktor:Əliyeva Zeynəb

ŞƏRH YAZIN