Onlar evliliyə hazırdır???

0
1604
Onlar evliliyə hazırdır???

 Kişilər evliliyə nə zaman hazır olur, bilmək istəyirsinizsə bu xəbər tam sizə görə yazılıb. Elm adamlarının apardığı araşdırma maraqlı nəticə ilə yekunlanıb.


Beləliklə məlum olub ki, kişilər də qadınlar kimi evliliyə hazır odluğu zaman çevrələrinə bəzi işarələr verirlər. ABŞ-lı yazar John Mailoy 2500 kişi üzərində apardığı araşdırşmanın nəticələrinə görə, kişilər də evlənmək istədikləri zaman bəzi işarələr verir.

“Kişilər niyə digərləri deyil, bəzi qadınlarla evlənir” adlı kitabın yazarı John Mailoy, kişilərin evlənmək istədiyi işarələri öyrənib. Mailoy 17-70 arasında dəyişən 2500 kişi arasında araşdırma aparıb. 

Məlum olub ki, gecə klublarından bezməyə başlayıbsa və həmin məkanları özündən gənc kişilərə verirsə, evlilik haqqında düşünürlər. Mailoya bu araşdırmda kömək edən ABŞ-lı psixoloq Tina Tessina, kişilərin evlilik istəklərinin qadınlardan fərqli olduğunu açıqlayıb.

Kişilərin çoxu evlənməzdən əvvəl maddi durumunu düzlətməyə çalışır. Əgər hələ də evin kommunal xərclərini necə ödəcəyini bilmirsə, evlilik həyatı onun üçün böyük yük deməkdir.

Psixoloq, kişilərin evliliyə hazır olduğunu göstərən başqa bir ipucunun həyatındakı qadınla gələcək planları etməyə başlaması olduğunu deyib.

Həyatınızda baş verən hər şeylə maraqlanırsa, sizi ailəsi və dostları ilə tanış edirsə, evliliyə bir addım yaxınlaşıb deməkdir.

Yox, sizi ailəsindən gizlədirsə, adi qadınsınız və onun üçün ciddi əhəmiyyət kəsb etmirsiniz deməkdir.

ŞƏRH YAZIN