Onların dilindən SEVGİ!

0
3753
Onların dilindən SEVGİ!

Sevgi ali sözdür, yaradılışın harmoniyası onu tələb edir, onsuz həyat yoxdur və ola da bilməz.
A.Hertsen
 
Məhəbbət nə keçmişi nə də gələcəyi tanımayan yeganə ehtirasdır. Onore de Balzak
 
Sevgi xeyirxah, ali, güclü, isti və işıqlı olan hər şeyin yaradıcısıdır. F.Dzerjinskiy
 
Sevgi hər şeyə qalib gəlir, eləsə, gəlin biz də onun hökmünə tabe olaq. V.Publiy
 
Hər zaman bir-birinizi bütün qəlbinizlə sevin. Dünyada sevgidən savayı demək olar ki, heç nə yoxdur. Viktor Hüqo

Bütün dünyada sevgi danışmaq həsrətindədir, lakin cürət etmir, çünki utanır. Bernard Şou

Sevgidə yeganə qələbə qaçışdır. Napaleon Bonapart

Ahıl yaşda eşq eybə çevrilir. Onore de Balzak

Məhəbbət olan yerdə insanı sındıra biləcək əzab-əziyyət yoxdur. F.Dzerjinskiy.

Bir kişinin bir qadına aşiq olması kifayət oldu ki, dünya indi olduğu kimi olsun. Volter

Əgər siz sevdikləriniz uğrunda özünüzü qurban verməkdən başlarsanız, bu, özünüzü qurban verdiklərinizə nifrətlə bitər. V.Hüqo

Sevgi ölümdən qoruya bilmirsədə, heç olmazsa , həyatla barışdırır. H.Senkeviç

Əgər insan 40 yaşınadək aşiq olmayıbsa, o, bundan sonra daha aşiq olmasa yaxşıdır. Bernard Şou

Sevginin dünəni yoxdur və sabahı haqqında düşünmür. H.Heyne

Əgər səni heç kim sevmirsə, dünyada yaşamaq ağılsızlıqdır. Maksim Qorkiy

Həyat o qədər məharətlə qurulmuşdur ki, nifrət etməyi bacarmadan, qəlbən sevmək olmaz. Maksim Qorkiy

Əsl məhəbbət xəyala bənzəyir; hamı onun haqqında danışır, lakin çox az adam onu görüb. F.Laroşfuko

Tale insana qarşı nə qədər qəddar olsada, insan nə qədər tərk edilmiş və tənha olsada, hər zaman, bəlkədə ona məlum olmayan, lakin qəlbinin harayına cavab vermək üçün açıq olan, onu sevən bir qəlb tapılar. H.Lonqfell

Sevir, çünki sevir, sevmir, çünki sevmir hisslərin və ehtirasların məntiqi qısadır. A.Hersen

Sevmək başqasına yaxşı hesab etdiyin nemətləri arzulamaqdır, həm də özün üçündeyil, sevdiyin üçün arzulamaq və mümkün qədər onu bu nemətlə təmin etməkdir. Aristotel.

Dostluqdada, sevgidədə əvvəl-axır hesablaşmaq vaxtı gəlir. Bernard Şou

Həyat - çiçəkdir, sevgi isə - onun şirəsi. Viktor Hüqo
 
Məhəbbət ideal, nigah real. Real və idealın qarışdırılması heç vaxt cəzasız ötüşmür. İ.V.Höte

ŞƏRH YAZIN