Problemlərinizi Evə Daşımayın

0
945
Problemlərinizi Evə Daşımayın

Problemlərinizi evə gətirməyin. Evə girərkən bütün dərdinizi, problemninizi qapının kandarında buraxıb elə keçin içəri. Təsəvvür edin ki, yorğun, bir qədər də əsəbi halda evinə çatıb, qapının zəngini basırsan. Xanımın “xoş gəldin” deyib gülərüzlə səni qarşılayır. Sənin isə bayaqkı əsəbiliyin, gərginliyin hələ də keçməyib. Əyin-başını dəyişməmiş özünü divana yetirirsən. Kiçikyaşlı oğlun gəlişinə sevinib, oyuncaqları buraxaraq qucağına atılmaq istəyir. Amma… Bəli, bayaqdan bəri gəlişini səbirsizliklə gözləyən övladın da indi evin bir küncünə qısılıb məyus-məyus sənə baxır. Əvvəlki sevinci isə onu çoxdan tərk edib...

Bu qeydləri söz yığını olsun deyə qələmə almadım. Həqiqətən də, bu gün hər addımbaşı bizi izləyən, psixologiyamıza təsir edən, sağlamlığımızı əlimizdən alan əsəbi mənzərələrlə az qarşılaşmırıq. Lakin bu qanqaralığı evə, əzizlərimizin, doğmalarımızın yanına daşımamağa çalışmalıyıq. Unutmamalıyıq ki, evdə bizi övladımız, həyat yoldaşımız gözləyir və səmimi münasibət gözlədiyini unutmamalıyıq. Çünki sabahın insanı kimi yetişəcək övladlarımızı düşünməliyik. Bunun üçün də bədbinlik, gərginlik yükünü müvəqqəti də olsa, çiynimizdən atmalıyıq. Bir şeyi yadda saxlamalıyıq ki, uşaq körpə vaxtından fiziki baxımdan necə formalaşırsa, mənəvi cəhətdən də o cür formalaşıb, inkişaf edir.

 Korrektor redaktor :Salmanlı Ayna

ŞƏRH YAZIN