Qadınların Uzun Ömürlük Sirri

0
822
Qadınların Uzun Ömürlük Sirri

Bu gün dünyanın aparıcı ölkələrində insanların yaşamaq üçün maksimum yaş həddi 89,6 il kimi götürülür. Dünyanın aparıcı ölkələrinin araşdırmalarında göstərilir ki, ən çox ömür sürən qadınlardır. Kişilərlə müqayisədə qadınlar 7 yaş çox ömür sürürlər. BBC Ümumdünya Səhiyyə Təşkilatının hesabatında bildirilir ki, Avropada kişilər qadınlardan az yaşayır. Cinslər arasında ömür fərqi ortalama 7,5 ildir. Aradakı fərqi isə yaşam tərzi ilə əlaqələndirirlər. Bunu qadınların kişilərdən fərqli olaraq zərərli vərdişlərdən uzaq olması ilə izah edirlər.  Üstəlik bildirilir ki, qadınların bütün zərərlərə qarşı bərpaedici funksiyaları var. Həkimlər bunu həyat tərzi və iş şəraitinin fərqli olması ilə əlaqələndirirlər. Amerikalı alimlər bildirirlər ki, qadınların orqanizmi zərər görən hüceyrələri bərpa etmə funksiyasına malikdir. Bu funksiya kişilərdə olmadığından, onlar itirilmiş hüceyrələri bir daha qazana bilmirlər. İnsanlar uzun ömrün səbəbini yaxşı, xoşbəxt həyat tərzi sürməklə də əlaqələndirirlər. Bakı ərazisində isə yaşı yüzü keçən cəmi 56 insan var ki, onların da hamısı qadınlardır. İşgüzar xanımlarla müqayisədə evdar xanımlar daha çox yaşayır. Aparılan araşdırmalarda göstərilir ki, evdar xanımlar daim evdə oturmaqlarından şikayətlənsələr də bundan məmnunluq hissi duyurlar. Bu da onların çox yaşamaqları ilə nəticələnir. Azərbaycan uzunömürlülüyü ilə daim fərqlənib. 1989-cu ildə Azərbaycanda 2645 uzunömürlü qeydə alınıb. Onlar arasında qadınlar liderliklərini qoruyub saxlaya biliblər. 2000-ci ildə isə gözlənilən ömür həddi ümumilikdə 71,8 il olub. Bu, qadınlarda 75,1, kişilərdə isə 68,6 yaş təşkil edib. 2000-ci ildən fərqli olaraq hazırda ortalama yaş həddində artım müşahidə olunur. Statistika Komitəsindən bildirilir ki, ölkədə ortalama yaş həddi 73,6 ildir. Hazırda Azərbaycanda 100 yaşından yuxarı 923 insan təqaüd alır. Onlardan 855 nəfəri qadın, 68-i isə kişidir.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN