Siz Hansı Xarakterdəsiniz? Bilirsinizmi?

0
2627
Siz Hansı Xarakterdəsiniz? Bilirsinizmi?

Xarakter xüsusiyyətləri....

1.İçinəqapalı - Həssas - Asan təsirlənən : Özünüzlə və ətrafınızla bağlı düşüncələrə ətrafınızdakı insanlardan daha çox və daha dərin bir şəkildə fikirləşirsiniz. Üstübağlı hərəkətlərə və danışmalara nifrət edirsiniz. Lazımsız söhbətlər etməkdənsə tək qalmağa üstünlük verirsiniz. Amma yaxın dostlarınızla olan əlaqələriniz o qədər qüvvətlidir ki, bu da sizə ehtiyacınız olan uyğunlaşmanı və gücü gətirir. Yenə də tək başına qalmaqdan heç narazı deyilsiniz.

2.Azad - Ənənələrə qarşı - Zəbt olunmayan: Özünüzü inkişaf etdirmənizi təmin edəcək azad və kimsəyə bağlı olmayan bir həyat arxasındasınız. Hobbilərinizdə ya da işinizdə sizi müvəffəqiyyətə çatdıracaq qabiliyyətlərə sahibsiniz. Müstəqilliyə olan düşkünlüyünüz bəzən sizdən gözlənilənin tam tərsini etmənizə səbəb ola bilir. Hər kəsin dediyinə fikir vermir, əksinə, öz fikirləriniz istiqamətində getməyi,yəni axına qarşı avar çəkməyi sevirsiniz.

3.Dinamik - Aktiv - Xaricə dönük : Maraqlı və müxtəlif işlərə girə bilmək üçün risk almaqdan qaçmırsınız. Təkrarlanan bir həyat sizi təsirsiz hala gətirə bilir. Ən çox sevdiyiniz şey bütün hadisələrdə baş rol oynamaq. Əslində hadisələri başladan adam da siz olursunuz.

4.Ayaqları yerə basan - Balanslı - Uyğunlaşan : Kompleksi olmayan və təbii bir həyatı, sevgini və işi hədəf etmisiniz. İnsanlar sizə hörmət edir çünki siz düzgün qərarlar alırsınız və hər kəs sizdən dəstək alır. Siz də bu insanlara güvən təmin etməyi bacarırsınız. Çox isti və insancıl olaraq tanınırsınız. Şablon və çox şişirdilmiş olan hər şeyi rədd edirsiniz. Modanın gətirdiyi yeniliklərə də bağlı deyilsiniz. Əksinə, sizin üçün geyim yaraşan və rahat olmalıdir.

5.Professional - Planlı yaşayan - Özünü tanıyan:Həyatını əlinə alıb şansını taleye buraxmaq əvəzinə yaratmağı sevənlərdənsiniz. Problemlərinizi praktik və qarışıq olmayan üsullarla həll edirsiniz. Gündəlik həyatınızda düzgün olmağı seçirsiniz. İşdə isə hər kəs sizi məsuliyyət sahibi olaraq tanıyır. Sizin özünüzə olan güvənin sayəsində ətrafınızdakılar da sizdən güc alır. Fikirlərinizi reallaşdırmayana qədər rahat edə bilmirsiniz.

6.Barışcıl - Tədbirli - Aqressiv olmayan : Razılaşması asan bir insansınız. Öz şəxsi həyatınıza və azadlığınıza meyilli olduğunuz üçün də yoldaşlarınızı çox yormursunuz. Bəzən həyatın mənasını düşünmək ya da öz özünüzə əylənmək üçün hər şeydən uzaqlaşıb tək qalmaq istəyirsiniz. Buna görə də qaça biləcəyiniz gözəl məkanların harda olduğunu bilirsiniz, amma siz təkliyi sevən bir insan da deyilsiniz.Yalnız həyatın sizə vermiş olduqlarını qəbul edən, dünyayla barışıq bir insansınız

7.Diqqətsiz - Oyunsevər - Şən : Azad bir həyatı sevirsiniz. Həyata bir dəfə gəlinər qanunundan yola çıxaraq dolu-dolu yaşamağı istəyirsiniz. Çox maraqlı və hər yeni fikrə açıq bir insansınız. Bütün dəyişikliklərin sizi böyütdüyünə inanırsınız. Bağlı qalmaq qədər sizi sıxan bir şey yoxdu. Sürpriz etməkdən və sürprizlərlə qarşılaşmaqdan çox xoşunuz gəlir.

8.Romantik - Xəyalpərəst - Həssas : Çox romantik bir insansınız. Hadisələri həqiqi tərəfindən görməyi rədd edirsiniz. Sizin üçün duyğularınızın sizə söylədikləri əhəmiyyətlidir. Ayrıca həyatda xəyallarla yaşamağı müdafiə edirsiniz. Romantizmi rədd edən və hər şeyi ağılla həll etməyə çalışan insanlarla razılaşa bilmirsiniz. Xəyallarınızı, duyğularınızı məhdudlaşdıracaq hər şeyi rədd edirsiniz. 

9.Analitik - Etibarlı - Özündən əmin : Həyatınızı insanların gözdən qaçırdığı kiçik qiymətli şeylərlə doldurmağı sevirsiniz. Bu səbəblə mədəniyyət sizin həyatınızda əhəmiyyətli bir yer oynayır. Yenə də siz gözəl və zərif duyğularınızın ətrafdan təsirlənməməsini təmin edirsiniz. Sizin üçün zərif və mədəni bir həyata sahib olmaq çox əhəmiyyətlidir,və yenə eyni tərzdəki insanlarla birlikdə olmağı seçirsiniz.

Korrektor redaktor:Salmanlı Ayna

ŞƏRH YAZIN