Uzun Evliliklərin Sirrini Öyrənin!

0
2887
Uzun Evliliklərin Sirrini Öyrənin!

Uzun illər evlilik həyatlarını davam etdirən cütlüklərin sirrini araşdıran tədqiqatçılar 10 addımda qərarlaşdılar. Belə ki, siz də evliliyinizin uzun müddətli olmasını istəyirsinizsə, bu qızıl qaydaları unutmasınlar. 

1. Eyni vaxtlarda sinirli olmayın; Bütün cütlüklər arasında mübahisələrin, anlaşılmazlıqların olması təbii haldır. Amma hər iki tərəf eyni vaxtda əsəbi olmamalıdır. Həyat yoldaşınız əsəbi olanda, siz sakit davaranmağa çalışın. "Sonrakı peşmançılıq fayda verməz"- məsəlini yada salın və ağzınızdan çıxan hər sözə diqqət edin. Haqlı olsanız belə, sakitləşməsini və uyğun zamanı gözləyin. Beləcə, istəkdiklərinizi etdirmək şansınız daha da artacaq. Şirin dilin, ilanı da yuvasından çıxardığını unutmayın. 
2. Bir-birinizə qışqırmayın; Mübahisədə qarşı tərəf səsinin tonunu qladırıbsa, siz sakit olmağa çalışın. Qışqırıb-bağırmaqla heçə nəyi düzəltmək olmur. Məsələnin daha çox qəlizləşməsindən başqa heç nəyə yaramaz. İki tərəf də eyni anda bir-birinə bağırıb-çığırsa, sadacə səs-küy yarana bilər. Səsinizi heç bir halda qarşı tərəfə yüksəltməyin. Sevgidən əvvəl, aranızdakı sayğını qoruyaraq uzun illər səadət içində yaşa bilərsiniz.  
3. Tənqidlərinizi yumşaldın; Əlbəttə ki, həyat yoldaşınızın bəzi hərəkətlərini bəyənməyə bilərsiniz. Bu kimi məsələləri dilə gətirməkdə azadsınız, amma necə etdiyiniz də çox önəmlidir. Onu dəyişməyə məcbur edə bilmərsiniz. Sözləriniz sevgi dolu və səmimi olmasına xüsusi diqqət göstərin. Əks halda, onun qəlbinə toxunmaqdan başqa isə yaramaz. Bu hərəkətindən nifrət edirəm yerinə:" Əzizim, belə etmək sənə heç yaraşmır" -deyə bilərsiniz. 
4. Hakimiyyət müharibəsi elan etməyin; Mübahisədə bir tərəfin qalib gəlməsi lazım gəlirsə, qoyun o qalib gəlsin. Sevginin müharibə olmadığını və fədakarlıq tələb etdiyini unutmayın. Evlilik bu vəziyyəti daha da qəlizləşdirir. Belə xırda məsələlərə vaxt ayıraraq nə ömrünüzü, nə də qarşı tərəfi çürütməyin. 
5. Keçmişlə əlləşməyin; Heç bir halda, keçmişdə etdiyi səhvləri onun üzünə vurmayın. Hər hansı mübahisədə, həyat yoldaşınızın keçmişdə etdiyi səhvləri üzünə vurmayın. Bu mövzunu dəyişdirməkdən və uzatmaqdan başqa bir iş görməyəcək. 
6. Bir-birinizə diqqət edin; Niyə evləndiyinizi unutmamalısınız. Kədərlərinizi və sevinclərinizi paylaşmaq, həyatdan iki qat zövq almaq üçün evləndiniz, elə deyilmi? Düşüncələriniz və həyatlarınız bir-birindən fərqli ola bilər. Həyat yoldaşınız futbol oynamağa gedəndə, siz də rəfiqələrinizlə alış-verişə çıxın. Bunlar evliliyinizi monoton və sıxıcı olmaqdan qurtarır. Amma aparılan bir araşdırmada; həyat yoldaşınızın fikrilərini öyrənmir, yaxud dostlarınızla daha çox vaxt keçirirsinizsə, yanlış yoldasınız deməkdir. Dostlarınız və həyat yoldaşınızla münasibətlərinizi balanslaşdırmağı bilməlisiniz. 
7. Yatağa küsərək yatmayın; Gün ərzində bir çox hadisə baş verə bilər, hətta şiddətli dava etsəniz belə, yatağa küsərək girməyin. Yatmazdan əvvəl bütün problemlərinizi həll edin. Aranızda küskünlüyün olması, səhəri gün əhvalınızın pis olmasına səbəb olacaq. Mübahisələri uzadan tərəf olmayın. Yataq otağı özəl bir dünyadır. Həmin otağı problemlərdən uzaq saxlayın. 
8. Tərif edin; Gün ərzində ən azından bir dəfə də olsa, tərif deyin. Həyat yoldaşınızın sizdən gözəl bir söz eşidəndə necə xoşbəxt olduğunu hiss etmisiniz? Bu sevinci ona hər gün yaşadın. 
9. Üzr istəməyi bilin; Səhviniz olanda bunu etiraf edin və üzr istəyin. Səhv etmək dünyanın sonu demək deyil. Sadacə səhv etdiyinizi kəşf etməlisiniz. Ancaq bunu vərdiş halına gətirməməlisiniz. 
10. Mübahisə üçün iki insan lazım olduğunu unutmayın; Mübahisənin nədən yarandığını yadınıza salın. Təkcə qarşı tərəfi günahlandırmaq nə dərəcədə düzgündür? Çox güman ki, mübahisənin baş verməsində sizin də payınız var. Özünüzü tənqid etməkdən qorxmayın. Ancaq qarşı tərəfi günahlandırmaqla heç nə əldə edə bilmərsiniz.
 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN