Xoşbəxt münasibətin qızıl qaydaları!

0
1604
Xoşbəxt münasibətin qızıl qaydaları!

 1.Güvən


Güvən bütün əlaqələr üçün ən əhəmiyyətli faktorlardan biridir. Hər bir tərəf müqabilinin digərinə olan inancı möhkəm olmalıdır. Sevdiyiniz adamın dediklərinə “görəsən doğru söyləyir” deyə şübhəylə baxırsınızsa, əlaqənizi nəzərdən keçirməyin vaxtı gəlmişdir demək.

2. Hörmət

Güclü münasibətlər qarşılıqlı hörmətə ehtiyac duyar. Sevgiliniz sizə heç vaxt lağ etməməli və qürurunuuzu incidici sözlər söyləməməlidir. Çünki əgər sevgiliniz sizi siz olduğu üçün sevirsə hörmətini də göstərəcək.

3. Əlaqə

Əlaqə münasibətlərin təməlidir. Mütəxəssislər cütlərin bir-birlərini maraqlandıran mövzular üçün xüsusi zaman ayırmalarını təklif edir. Beləcə bir problem yaşanmadan, bir-birləri üçün çəkilməz varlıqlara çevrilmədən problemləri həll edə biləcəklərini ifadə edirlər.

4. Çeviklik

Həyat davamlı dəyişir. Sağlam əlaqələr də bunun fərqində olmalıdır. Sevgililər həyat yoldaşlarının işlərində, ailələrində və evlərində olan dəyişmələrə ayaq uydurmağa çalışmalı, əlaqənin fərqli mərhələlərində prioritetlər və məhdudiyyətlərə hazır olmalıdırlar.

5. Bənzər Zövqlər

Paylaşılan zövqlər cütlərin bir-birinə daha möhkəm bağlanmasını və birlikdə zamanın dadını çıxarmalarını təmin edər. Bir çox cüt eyni idman qolunu, filmləri, heyvanları ya da yemək bişirmək, modanı təqib etmək kimi oxşar hobbiləri paylaşır. Birlikdə etməkdən zövq aldığınız ən az bir fəaliyyət olması sizi bir-birinizə daha çox bağlar və çətin zamanlarda stressin azalmasına və ünsiyyətin davam etməsinə imkan verir.

6. Yalnız Keçirilən Zaman

Birlikdə keçirilən zamanın əlaqəni gücləndirməsi kimi, ayrı keçirilən zamana da cütlər ehtiyac duyar. Cütlərin bir-birlərinə aşiq olmadan əvvəl də bir həyatları olduğunu xatırlamaları və bəzi fərqli sahələrdə həyatlarını davam etdirərək nəfəs almaları lazımdır. Şəxsi zövqlərin dadını çıxarmaq cütlərin əlaqəsini bir çox qarşıdurma anından qoruyacaq.

7. Dostlar və Ailə

Sağlam əlaqələrə ailə və dostlarla olan ünsiyyət də daxildir. Hər nə qədər aşiq olmaq gözəl bir duyğu olub, sevdiyinizdən başqasını gözünüzün görməməsinə səbəb olsa da, digər insanlarla olan əlaqənizi köhnədən olduğu kimi davam etdirmək böyük əhəmiyyət daşıyır. Güclü əlaqələr çöldəki ünsiyyətdən güc alır, münasibətin dinamik və həyəcanlı bir şəkildə davam etməsini təmin edir.

8. Uzlaşma

İstər işdə olun, istər sevdiyiniz insanlarla birlikdə, uzlaşma hər əlaqə üçün lazımlıdır. İki partner də ortaq bir dincliyə sahib olmaq adına lazım gələrsə qurban verməyə hazır olmalıdır. Ən yaxşı münasıbətlər partnerlərin bərabər dərəcədə fədakarlığından bəslənənlərdir. Beləcə heç kim ona qarşı ədalaətsiz davranıldığını düşünməyəcəkdir.

9. Məntiqli mübahisə

Mübahisələr hər münasibətdə həmişə yaranar, amma bu gərginliyə məntiqli düşüncəli şəkildə yanaşmaq münasibətinizin qədərini müəyyən edəcəkdir. Öz fikrini çatdıran zaman qarşınızdakının da düşüncələrini dinləmək münasibətinizin zərər görməsinin qarşısını alacaq.

10.Təqdir edilmə

Hər insan üçün təqdir edildiyini hiss etməsi önəmlidir. Sevgilinizi tərifləyin və onu önəmsədiyinizi göstərmək üçün yaradıcı yollar tapın. Tərəf müqabiliniz təqdir edilmədiyini düşünərsə problemlər ortaya çıxa bilər .Bir münasibətin təməli sevildiyinin hiss edilməsidir.

ŞƏRH YAZIN