Bir kişi stressə düşərsə ...

0
2129
Bir kişi stressə düşərsə ...

 Bir qadın stressə düşərsə, aləmi bir birinə qatar. Bəs stressə düşən tərəf kişi olarsa???


Alimlər deyir ki, bir kişi stress vəziyyətinə düşəndə onun qadına baxışlarında ciddi dəyişikliklər yaranır. Araşdırmalar göstərir ki, stress kök qadınları kişinin nəzərində daha cazibədar edir və potensial partnyorla bağlı təsəvvürləri dəyişir.

Alimlər bu fenomeni izah ediblər. İnsanların əksəriyyətinin yarıac və ac olduğu regionlarda gözəllik idealı kök adam olur. Əgər cəmiyyətdə vəziyyət gərgin deyil və yeməklə bağlı problemlər yoxdursa, kök adam çox az insanı maraqlandırır.

Professorlar Martin Tovi və Viren Svaminin dediklərinə görə, fərdi preferensiyalar dəyişən anlamdır.

Onlar bildirirlər ki, fiziki cazibədarlııq iqtisadi və fizioloji stressin səviyyəsi ilə dəyişir. Bu, fəaliyyətdə olan təkamül psixologiyasıdır. 

"Bizə sürəkli olaraq gözəllik idealını təlqin etməyə çalışırlar. Halbuki bu, dinamik göstəricidir. Əgər həyat tərzi və media dəyişərsə, ideal vücudla bağlı təsəvvürlər də dəyişər", - Svami bildirib.

ŞƏRH YAZIN