Depressiyadan Qurtulun

0
1778
Depressiyadan Qurtulun

Depressiyanın dərmanlarla müalicəsi olsa da, bu dərmanlar yüngül depressiyaya daha az təsir edir. Bu zaman da təbii yollara ehtiyac duyulur: 

İdman etmək
İdman etmək – beynin, ruh halını normallaşdıran serotonin hormonunu ifraz etməsini təmin edər. Bu hormon, bədbəxtlik hissini azaldaraq, depressiyanı yaxşılaşdırar. Həkimlər, həftədə 3 ya 5 dəfə, ən az 20-30 dəqiqəlik məşq seanslarını təklif edir. Gəzişmənin ən faydalı məşqlərdən biri olduğunu bildirən mütəxəssislər, hər cür idmanın, idman etməməkdən daha faydalı olduğunu diqqətə çəkir.

Ruh vəziyyəti gündəliyi
Araşdırmalara görə, müsbət düşünməyi öyrədən müalicələr depressiyanı keçirə bilir. Ruh vəziyyəti gündəliyi müalicəsi, həyatınızdakı müsbət şeyləri görmənizi, mənfiliklərə diqqət yetirməmənizi təmin edən bir üsuldur. Müalicədə, hər gün həyatınızda reallaşan müsbət şeyləri yazdığınız bir gündəlik tutaraq; mənfi şeylərin keçici olduğunu və həyatda hər vaxt müsbət şeylərin olacağını özünüzə xatırladırsınız.

Müalicə qrupları
Depressiya müalicəsində çox istifadə edilən üsullardan biridir. Yüngül depressiyalarda müsbət təsirlər göstərən bu müalicə; depressiya haqqında məlumat əldə etmənizi, sizinlə eyni şeyləri yaşayan insanlarla tanış olub, onların təcrübələrindən faydalanmanızı təmin edir. Depressiya haqqında danışmaqdan xoşlanmayan insanlara isə həkimlərin təklifi, öz maraq sahələriylə əlaqədar qruplara qatılmaqdır. Oxuma qrupları bunlara nümunə ola bilər.

Yoqa
Araşdırmalar, həm romantik çətinlik, güclü depressiya yaşayan insanlarda yoqanın stresi azaltdığını göstərir. Yoqa və nəfəs məşqləri etmək, eyni zamanda hirs və narahatlıq duyğularının azalmasını, bədəndə enerji artımını, keyfiyyətli yuxunu və özünü yaxşı hiss etməyi təmin edir.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN