Qınaqlarla Baş Etmək Zamanıdır

0
2223
Qınaqlarla Baş Etmək Zamanıdır

Hər birimizin qarşılaşdığı ən böyük problemlərdən biri doğulduğumuz cəmiyyətdir. Bəzən insanın içinin can atdığı şeylərlə cəmiyyətin təklif etdikləri üst-üstə düşmür. Bu zaman da kənardan qınaqlar başlanır. Başdan ayağa qınanırsan. Amma artıq qınaqlarla baş etməyin zamanıdır. Psixoloq Özgə Altan qınaqla baş edə bilmək üçün bir neçə fikir paylaşıb: 

Qınaqları dinləyin
Aldığınız qınağa reaksiya vermədən dinləməyə və qarşı tərəfin baxış tərzini anlamağa çalışın. Yeni bir baxış tərzi qazana bilər və özünüzü inkişaf etdirmə fürsəti əldə etmiş ola bilərsiniz.

Özünü müdafiəyə keçməyin
O dəqiqə özünümüdafiəyə keçmək əvəzinə qarşıdakı insanın sizə kömək etmək istəyib istəmədiyini düşünün. Bəlkə də onu rədd etmək yerinə bu söylədiyi şeyi dəyişdirmək və ya kiçik bir öhdəlik almaq sizi bir addım daha irəli aparacaq.

Reaksiyanızı təxirə salın
O sırada sərt bir reaksiya vermək əvəzinə bunu bir az təxirə salmağa çalışın. Dərin bir nəfəs almaq, olduğunuz ortamdan ayrılmaq, qısa bir ara vermək daha sağlam və ağıllı qərar verməyinizi və bu qınağa daha sağlam şəkildə cavab verməyinizə köməkçi olar.

Xətalarınızı qəbul edin
Ortada bir xətadan qaynaqlanan qınaq varsa, bu xətanı qəbul etdiyiniz zaman nə olacağını düşünün. Rədd etməklə hər şeyi daha da çətinləşdirə bilərsiniz. Bundan əlavə rədd edərək səhvinizi də düzəltməmiş olacaqsınız ki, bu da ətrafınızdakı insanların azalmağına gətirib çıxaracaqdır.

Bacarıqsızlığınızın dadını çıxarın
Bir mövzuda qınaq ala bilər, hətta uğursuz ola bilərsiniz. Çünki insan yaşayaraq və səhvlər edərək öyrənir. Səhv etmədən doğrunu öyrənmək mümkün deyil. Ona görə də nəyisə bacarmadıqda belə səhvlərinizin dadını çıxarmağa çalışın.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN