Stress Atın!

0
2333
Stress Atın!

Zamanla stress yaşaya və bir müddət onun təsiri altında qala bilirik. Amma ən yaxşı yol onunla mübarizə aparmaqdır. Ən effektiv metodlar isə, bunlardır:

Şokolad yeyin.

O, ağızda yavaş-yavaş əriyərkən orqanizmdə rahatlıq yaranır: məmnunluq hissi yaradan serotoninin; fiziki və ürək ağrısını sakitləşdirən endorfinin; sevincin təbii mənbəyi–enkefalinin;yüngül eyforiya keçirməyə təsir edən–anandamidanın səviyyəsi artır.Məncə gün ərzində hər birimiz 25 qram özümüzə bunu etməyə icazə verə bilərik.

Xoşbəxtliyi 1,2,3 sayında təqlid edin.

I. başınızı qaldırın.
II. çiyinlərinizi düzəldin. 
III. gülümsəyin: dodaqlarınızın kənarlarını yuxarı qaldırın, yüngülcə gözlərinizi qıyın. Eyni zamanda həyatınızın ən xoş anının detallarını xatırlamağa çalışın. Bu zaman təkcə hadisənin özünü deyil, onu müşayiət edən ətir, taktil duyğular, rəng və s. xatırlamağa çalışın.Bir neçə saniyədən sonra süni yaradılmış sevinc,həqiqi sevinclə əvəzlənəcək.

Xoşagəlməz məsuliyyətlərdən qaçın.

Məktuba cavab verin, diş həkiminin qəbulu üçün qeydiyyatdan keçin. “60 dəqiqə qaydası”na istinad edin: bugünün işini heç vaxt sabaha saxlamayın. İşləri gördükcə qeydiyyat dəftərçənizdə üstündən xətt çəkin.Bunu etdikcə o qədər rahatlanacaqsınız ki, özünüzdə təəccüblənəcəksiniz ki,bunu əvvəllər niyə etməmisiniz.

Pəncərəni açın.

Təbii ki, ekologiya və hava buna imkan verirsə.Bu kiçik səy böyük nəticələr verir. Aləm sanki tam açılmış olur! 
 
Enerjini “aldatmaq”: ayağa qalxıb tədricən addımları sürətləndirərək harasa gedin. 

Telefonla danışaraq dəhliz boyu gəzin.Ən yaxşısı isə,təmiz havada gəzməkdir.Bu üsul nəzərə çarpacaq dərəcədə, hətta pis havada belə,əhval-ruhiyyəni qaldırmağa səbəb olur.

Xeyirxah iş görməyə çalışın.

Qiyabi də olsa bir-birinə ehtiyacı olan iki insanları tanış edin.Tanış, faydalı informasiyaya qulaq asın.İşindən bir dəqiqə olsa belə ayrıla bilməyən kolleqalarınıza kofe, şirniyyat gətirin.İstənilən xoş təsir bağışlayan işlər görməyə çalışın. Ətrafınızdakılara mehribancasına yanaşın.Bu zaman ətrafdakıların sizə münasibətinin dəyişdiyini görəcəksiniz.

Musiqi dinləyin.

Sevimli mahnının artıq ilk sədalarını eşidən zaman əksəriyyət insanların əhval-ruhiyyəsi nəzərə çarpacaq dərəcədə yaxşılaşacaq.Bundan əlavə,musiqi stresə demək olar ki, fiziki məşq qədər effektiv təsir edir.Müvafiq reaksiya sevimli kitabın oxunması zamanı da müşahidə olunur.Bunu eksperimental olaraq Virdjin Universitetinin professoru Maykl Kubok sübut etmişdir.O, həm də musiqi və əsər oxumağa marağın təmin olunması kimi də yanaşır.
 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN