Onları Jest Və Mimikalarından Tanıyın!

0
4566
Onları Jest Və Mimikalarından Tanıyın!

Bəzi kişilər hisslərini açıq aşkar bəlli etməz və ya dilə gətirməz. Amma qadın böyük qüvvədir. Onları jest və mimikalarından anlayan qadınlar var. Həmin qadınlarıın bu sahədəki biliklərini sizinlə bölüşürük. Beləliklə, əgər o:

...dodaqlarını isladırsa bu o deməkdir ki, malik olmaq istədiyi nəyisə (və ya kimisə) görüb. Bu halda nail olmaq arzusu dodaqların qurumasına səbəb olur və buna görə də bu halda kişilər tez-tez dodaqlarını islatmalı olurlar.

… qaşlarını qaldırıb gülümsəyərək sizə baxırsa, deməli siz onun xoşuna gəlirsiniz. Əgər o qaşlarını təmbəlcəsinə yavaş-yavaş qaldırırsa və bunu daim edirsə, bu onun yaxşı əhval-ruhiyyədə olmadığından xəbər verir.

… danışıq vaxtı dabanı üstündə yellənirsə, bu onun inamsızlığı və qərəzsizliyi haqqında məlumat verir. Ola bilər ki, o nəyisə düzgün danışmadığı və ya nəyisə düzgün eləmədiyi haqda düşünür ki, bu zaman belə hərəkətlər onu bir az sakitləşdirir. Amma əgər azca ayağının ucuna qalxıb və sonra bütün ayağı üstə dayanırsa, bu onun özündən razı olduğunu bildirir!

… əllərini yelləyirsə bu sizin onu cəlb etməyinizi bildirir. Belə jestlər ünsiyyətli, səmimi insanlara məxsusdur ki, onlar öz pozitiv emosiyalarını saxlaya bilmədikləri üçün bu cür hərəkətlər edirlər.

… saçlarını tumarlayırsa bu o deməkdir ki, o sizin xoşunuza gəlmək istəyir. Adətən o başını azca qabağa əyərək sanki saçlarını darayaraq barmaqlarını saçlarının arasına buraxır.

… ayaqlarını geniş açırsa bu onun nüfuzlu kişi olduğunu bildirir. Onlar istənilən qadının onların qucağına atılacağına tam əmindirlər.

… üzünü sığallayırsa bu onun sizə qarşı ciddi olduğunu, sizi diqqətlə dinlədiyini və sonsuza qədər sizə qulaq asmağa hazır olduğunu bildirir!

… sizə əlini uzadırsa bu jest onun sizə daha yaxın olmaq cəhdini göstərir.

… sizi alınınızdan öpürsə bu "saf dostluq” və ya "valideyn” hissləri haqqında xəbər verir.

Məlum olduğu kimi, kişilər hər zaman öz düşüncələrini bildirmir. Əgər siz jestlərin mənasını müəyyən etməyi bacarsanız, bu zaman kişilərin gizli fikirlərinə girmək daha asan olacaq.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN