Onu Bədən Dili Ilə Tanı

0
2863
Onu Bədən Dili Ilə Tanı

Fərqində olmasaq da digərləri ilə yalnız söhbət ilə yox, həm də bədən dili ilə təmasda oluruq. Həm onların mimikaları, əl, qol və baş hərəkətləriylə nələr izah etdiyini qəbul edir, həm də duyğularımızı qarşımızdakına verərkən bədən dilimizdən istifadə edirik. Bu mövzuda bir az daha biliklənməyə, yəni bu hərəkətlərin nə anlama gələ biləcəyini öyrənmək, özümüzü daha yaxşı ifadə etməyimizə yardım edə biləcək. Eyni zamanda ətrafımızda olanları daha yaxşı başa düşməyə də kömək ola bilər.

Üzünüz və başınız

Üz ifadəsi insanlarda zamanla yerini alır və bunu dəyişdirmək üçün edə biləcəyimiz çox şey yoxdur. Amma yenə də psixoloqlara görə xüsusilə üz və göz ətrafındakı əzələlərin hərəkəti düşüncələriniz haqqında qarşınızdakına çox əhəmiyyətli mesajlar verə bilər. Üstəlik, bu mesajlar bəzən doğru, bəzən də tamamilə səhv ola bilər. Yəni, çox xoşbəxt olan birisi yalnız aşağı doğru dayanan ağız ətrafı əzələləri və ya qaşlarının çatıq olması ucbatından qarşısındakında kədərli olduğu təəssüratı yarada bilər. Əgər siz də belə bir probleminiz olduğunu düşünürsünüzsə, daha çox gülümsəməyə çalışın.

İnsanların nəzarət etməkdə çətinlik çəkdikləri daha bir nahiyə də alın hissəsidir. Sıxıntılı və narahat olduqda bir çoxları alnını qırışdırır və qaşlarını yuxarıya qaldırır. Nə isə izah etdiyiniz zaman, məsələn, ofisdəki iclasda təqdimat zamanı qaşlarınızın arasının yuxarı qaldırılması və üzünüzü turşutmağınız inandırıcı görünməməyinizə səbəb ola bilər. 

Bədəniniz

Yuxarıda qeyd edildiyi kimi, başınızı dik saxladığınız təqdirdə, kürəyiniz və onurğanız da dik, düz bir vəziyyət alar. Buna diqqət etmək özünə inamı yüksək olan insan imici yaratmaq üçün atacağınız ilk addım ola bilər. Çiyinləriniz aşağı olduqda özünüzə olan inam haqqında ətrafdakılarda müsbət fikir yaratmayacaqsınız. Amma bir istisna var: sizə kömək etməsini, ya da sizə mehriban davranmasını istədiyiniz şəxslə birlikdəsinizsə, dik dayanmaq yerinə bir tərəfə daha çox ağırlıq verin, ya da oturursunuzsa, sağa və ya sola söykənin. 

Qollarınız və əlləriniz

Qollarınız və əlləriniz də qarşınızdakına daxili dünyanız haqqında bir çox mesaj verə bilər. Və əgər diqqət yetirməsəniz, onlar vasitəsilə başqalarının çox da bilməsini istəmədiyiniz duyğularınızı asanlıqla ələ verə bilərsiniz. Qollarınızı möhkəm şəkildə özünüzə sıxmaq gərgin və hirsli, əllərinizi belinizə qoymağınız isə qürurlu biri olduğunuza işarə edəcək. Mütəxəssislərin məsləhəti isə sakit və özünə inamlı görünmək üçün qollarınızı təbii şəkildə yana salmaq və oturarkən də çox sıxmadan, yüngülcə qucağınızda birləşdirməkdir.

Ayaqlarınız

Siz heç diqqət etməsəniz də bədən dilinin əhəmiyyətli bir parçası da ayaqlarınızdır. Əgər bir şəxs sizi təpədən dırnağa qədər görürsə, istər oturmuş olun, istərsə də ayaq üstə olun, ayaqlarınızın şəkli ilə ona bir çox şey izah edə bilərsiniz. Nəyimi? Məsələn, stulda oturaraq ayaqlarını möhkəm şəkildə bir-birinə sıxanlar özünə qapanmış  və ətrafla çox ünsiyyət qurmağı sevməyən, utancaq bir insan imici yaradır, bədən diliylə "Mənimlə çox səmimi olmağını istəmirəm" deyir. Ayaqlarının şəklini davamlı dəyişdirmək, onları silkələmək da narahat bir rəftara səbəb olur. Unutmayın ki, ayaqlarınız bədəninizin ən böyük hissələrindən biridir və onları davamlı hərəkət etdirməyiniz də mütləq diqqət çəkir. Nə vaxtsa ayaqlarınızı əsəbi şəkildə hərəkət etdirməyinizi, ya da ayağınızı yerə vuraraq temp tutmağınızı görsəniz, dərhal bu pis vərdişdən xilas olmalısınız. 

Duruşunuz, yerişlər

Çox vaxt güclü və yerə möhkəm basan addımlar eyni sifətlərlə xarakterizə edilən bir xarakterlə qarşılaşdırılır. Onsuz da dik və doğru dayanmağı bacaranların addımları da buna uyğun olaraq düzəlir və daha yaxşı görünürlər. Digər tərəfdən, kiçik, ürkək addımlar, çox yellənərək və ya yaylanaraq getmək daha utancaq görünməyinizə yol aça bilər. Düzgün şəkildə addımlamaq üçün seçilən ayaqqabılar da çox böyük əhəmiyyət daşıyır. Ayaqlarınızı olduğundan daha böyük göstərən kobud ayaqqabılar, yerişinizi pozan çox düz ayaqqabılar və ya tam əksinə, addım atmağınız bir tərəfə qalsın, ayaq üstə dayanmağınızı belə çətinləşdirən incə dikdaban ayaqqabılar həm duruşunuzu, həm də yerişinizi və təbii ki, ətrafa nümayiş etdirdiyiniz imici korlayacaqdır. Xüsusilə də iş yerlərində. Bu kimi detallar sizinlə əlaqədar səhv təəssurat yarada bilər, diqqətli olun!
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN