Təhsildə Bədən Dilinin Əhəmiyyəti

0
6096
Təhsildə Bədən Dilinin Əhəmiyyəti

Təlim-təhsildə bədən dilinin əhəmiyyəti, ünsiyyətdə bədən dilinin əhəmiyyəti qədər böyükdür. Ünsiyyət zamanı söylədiyimiz şeylər qədər söyləmədiyimiz şeylər də önəmlidir. Hətta bəlkə də biraz daha artıq əhəmiyətlidir. Danışan zaman hiss və düşüncələrimizdən fərqli danışa bilərik, lakin söyləmədiyimiz (susduğumuz) zamanlarda da bədən dilimiz danışmağa davam edər. Gözlərimiz, duruşumuz, mimika və jestlərimiz, ayaq və əl hərəkətlərimiz, oturma şəklimiz əslində bir çox mesaj verməkdədir.

Təhsildə bədən dilinin əhəmiyyəti nədir?
 
Sözlü mesajlar daha çox düşüncələrimizi ifadə edərkən, sözsüz mesajlarımız isə daxili dünyamızla əlaqədardır və hiss və düşüncələrimizi daha real formada ifadə edir. Müəllimlərin bədən dili vasitəsilə özləri də hiss etmədən ötürdüyü mesajlar nələrdir?
Müəllim sinifdə və ya şagirdlərlə üz-üzə ünsiyyət zamanı uşaqlara bu cür mesajlar verə bilir:
*Siz mənim üçün önəmli və dəyərlisiniz
*Uğur qazanacağınıza inanıram və sizə güvənirəm
*Bu müddət ərzində sizinlə birlikdəyəm və yanınızdayam
*İstər öyrənin, istərsə də öyrənməyin, mənə maraqlı deyil
*Necə də bədbəxt bir müəlliməm ki, bu sinifdəyəm
*Zəng vurulsaydı sinifdən canım qurtarardı. İmtahanda mən sizə göstərərəm.
 
Müəllimlərin dərs başa saldıqları zaman yol verdikləri xətalar nələrdir? Bu xətalar öyrənmə müddətinə necə təsir göstərir?
Əslində dərs mühiti, qarşılıqlı mesaj alış-verişi mühitidir. Üzünü lövhəyə, arxasını şagirdlərə çevirən müəllimin müvəffəqiyyətli olma ehtimalı çox aşağıdır. Bu vəziyyətdəki müəllim bəlkə çox yorulur, bəlkə də çox şey başa salır. Şagirdlərin danışılanlara maraq göstərib göstərmədiklərini, dərsi başa düşüb düşmədiklərini, sinifin motivasiyasını, dərsdən sıxılıb sıxılmadıqlarını  başa düşmək, sinifə diqqətlə baxan, nəzər salan müəllim üçün çətin deyil. 
Bəzən bir şeyin əhəmiyyətini, önəmini əvvəlcə onun çətinliyindən və necə yerinə yetirilə bilməyəcəyindən yola çıxaraq başa salmağa çalışır, “edə biləcəyini düşünmürəm, amma istəyirsən bi sına” deyirik. Bunu qarşımızdakı insanı motivasiya etmək üçün etdiyimizi düşünsək də qorxu və narahatçılığa əsaslanan motivasiyanın qalıcı olması çox çətindir. Əlavə olaraq bu cür motivasiya şagirddə, “qaçma” refleksini, davranışını artırar. Müəllimlərin şagirdlərə onlardan nələr gözlədiklərini başa salarkən (nə etmələri lazım olduğunu), necə etmələri haqqında da köməkçi olmaları lazımdır.
Yaş qruplarına görə baxdığımızda, məktəbəqədər, məktəb və universitetdə şagirdlərin dərsə olan marağını əldə saxlamaq üçün nələr etmək lazımdır?
Şagird hansı yaş qrupunda olursa olsun dərsə maraq, həvəs göstərə bilməsi üçün öyrənə biləcəyinə və edə biləcəyinə inanması lazımdır. Elədirsə, onda sinifdə marağı və öyrənməyə həvəsi ayaqda tutmağın ən vacib şərtlərindən biri inandırmaqdır. Bir digər şərt də şagird və tələbələrin bədən dili vasitəsilə verdikləri mesajları yaxşı oxumaqdır. “Başa düşürlərmi?” “motivasiyaları hansı səviyyədədir” və s...
Dərs müddətinin uzunluğu ilə əlaqədar standartlar nələrdir? Diqqəti əldə saxlamaq üçün dərslərin müddətləri ilə əlaqədar düzəlişlərə ehtiyc varmı?
Kefsiz, monoton və müxtəlif metodlardan istifadə olunmayan dərslər, müddəti istər 10 dəqiqə olsun, şagirdlərin diqqətini toplamaqda çətinlik çəkdikləri dərslərdir. Biz gənclər üçün də bu belədir. Televiziya xəbərlərində, bir siyasətçi danışan zaman yuxulayan insanları tez-tez görə bilərik. Ona görə də dərsə diqqəti əldə saxlamaq üçün ilk şərti dərsi əyləncəli, hərəkətli və müxtəlif təlim metodlarının istifadə olunduğu tərzdə aparmaq lazımdır. Diqqətin müddətini müəyyən edən bir bir başqa əhəmiyyətli ünsür də şagirdlərin yaşıdır. Məktəbəqədər və ibtidai siniflərdə maksimum diqqət müddətinin 20 dəqiqə olduğu müəyyən olunmuşdur. Bu yaş qruplarında 40 dəqiqəlik dərs müddəti olduqca uzundur. Buna görə də ilk 20 dəqiqədən sonra uşaqların diqqətini toplmağa yönəlik  2-3 dəqiqəlik fasilə verilərək təkrar dərsə qayıda bilərlər. 4 və 5-ci sininflərdə isə şagirdlərin diqqət müddəti 30 dəqiqəyə qədər yüksəlir.
Valideynlərin övladları ilə düzgün ünsiyyət qurmaq yolunda bədən dilinin əhəmiyyəti nədir? 
Valideynlik həqiqi mənada çox çətin bir işdir. Ana və atalar bu yolda zaman-zaman “xoş niyyətli” səhvlərə yol verə bilirlər. Ana, ata və uşaq arasında yaşanan ünsiyyət xətaları adətən, bu cür baş verir:
*Arzuolunmaz bir davranışı ortaya çıxdığı zaman uşağa, əvvəlcə xəbərdarlıq edilir.
*Davranış davam edərsə, səs tonu biraz yüksəlir.
*Səs tonunu yüksətmək bir işə yaramazsa, yüksək səslə xəbərdarlıqla birlikdə əl-qol hərəkətlərindən istifadə olunur, üzlər qızarır, gözlər qısılır. 
Yuxarıda deyilənlərin heç biri işə yaramadığı zaman bu dəfə də tutma, çəkişdirmə və s. Davranışlar müşahidə olunur. Bu vəziyyət tipik ana-ata-uşaq tablosu mənasına gəlir. Xüsusilə problem vəziyyətlərində bədən dilinin çox istifadə edildiyi ailələrdən gələn uşaqlar, həmyaşıdlarına qarşı təcavüzkar davranışlar sərgiləyə bilirlər. 
Unutmayaq ki, uşaqlar dünyanı ana və atanın gözündən baxaraq tanıyırlar, ana və atanı örnək alır və təqlid edirlər.
 
 
Tərcümə edən: Cəlalə Yəhyalı
 

ŞƏRH YAZIN