Ünsiyyətdə Bədən Dili

0
8228
Ünsiyyətdə Bədən Dili

Ünsiyyət fəaliyyətini təmin edən ən əhəmiyyətli vasitə bədən dilidir.Bədən dili vasitəsilə qarşınızdakının davranışlarından onun düşüncələrini belə anlaya bilərsiniz.

Bədən dili üzərindəki araşdırmalar 1970-ci illərə təsadüf edir.Bu elmi araşdırmalar yeni olsa da,əldə edilən tapıntılar və axtarışlar kifayət qədər çoxdur.Elmi araşdırmalara görə bir mesajın 7%-ni şifahi ,38%-ni səs (səs tonu,səsin yüksəlib alçalması və digər səslər),qalan 55%-ni isə bədən dili təşkil edir.

Məsələn,yalan danışılan zaman insanı ələ verəcək yeganə vasitə hərəkətlərdir.Yalan danışılan zaman burun qaşımaq,əli üzə aparmaq kimi makro hərəkətlərə nəzarət edə bilmələrinə  baxmayaraq,göz bəbəyinin böyüməsi,yanaqların qızaması kimi mikro hərəkətlərə mane ola bilmir.Bun agörə də ən yaxşı yalan danışma şəkli telefonda uğurlu alınır.Başqa bir misal çəkək,satıcılara müştərinin satılan malı ala bilməyəcəyinin səbəbi  izah edildikdə onun ovuclarına baxmağı öyrədilir.Əsl səbəblər ovuclar açıq olduqda bilinir.

Ünsiyyətdə mesajı göndərən bir nəfər olduğu kimi bir də onu qəbul edən şəxs vardır.Ünsiyyətin qarşılıqlı hal ala bilməsi üçün mesaj göndərilən şəxsin də məlumatı olduğu kimi qəbul etməyi lazımdır.

Mimikaların,jestlərin və digər hərəkətlərin ən təsirli ifadəsini bizə təqdim edən kəslər siyasətçilər və gülüş ustalarıdır.Hansısa bir nümay6işə getdiyiniz zaman sizə ən çox təsir edən şeyin nə olduğunu düşündünüzmü? Bir nəfərlik teatra getdiyiniz zaman orada edilən zarafatları eyni və ya oxşar bir tərzlə yoldaşınızla etməyi sınadınızmı? Sizin qəhqəhə çəkərək güldüyünüz bir zarafatı başqaları adi bir təbəssümlə qarşılaya və ya heç gülməyə bilər.Bunun səbəbi isə səhnədəki professionalın eyni bir anda bədən dilini çox yaxşı ifadə edə bilməyidir.

 

Tərcümə etdi:Nəzrin Məmmədova

ŞƏRH YAZIN