Xarici Görünüşünüz Şəxsiyyətinizi Ələ Verir.

0
3386
Xarici Görünüşünüz Şəxsiyyətinizi Ələ Verir.

Bədən quruluşu şəxsin xüsusiyyətləri haqqında önəmli ipucları verir...Bədən dili mütəxəssisləri bədənin quruluşunun insanın şəxsi xüsusiyyətləri haqqında əhəmiyyətli məlumatlar verdiyini müəyyən etmişlər. Aparılan araşdırmalarda 4 qrupa ayrılan bədən tiplərinə görə xarakteriniz, yaxşı və ya pis insan olduğunuz belə təsbit edilmişdir. Və budur, tiplər və şəxsi xüsusiyyətlər...

Uzun boylu, enli bədən- Bu tiplər tələsik hərəkət etməzlər. Xoş xasiyyətdirlər. Cəsur və mətindirlər. Həyatın zərblərinə gülümsəyərək cavab verərlər.  Onların xoş xasiyyətlərindən, səbr və dözümlərinə əlavə olaraq bu tiplər xoş  niyyətlərini çatıq və kobud maskalar altında saxlaya bilərlər. 

Qısa gövdəli, uzun ayaqlılar- Bellərindən yuxarısı biraz qısa, ayaqları isə uzun olan tiplər görünüş və hərəkət tərzi etibarilə bacarıqsız birini xatırladarlar. Günlərini şən və aktiv keçirməyə meyllidirlər. Həyatları müntəzəm deyildir, hər zaman nələrsə etmək istədikləri üçün müntəzəm bir gedişatdan nifrət edərlər.

Uzun gövdəli, qısa ayaqlılar- Yaxşı bir ailə sahibi olarlar.  Yumoristik tərəfləri çox qüvvətlidir. Əzm və iradələri sonsuzdur. Dünyanın bütün problemlərini həll etmək onların  sadəcə öz zəka və qabiliyyətləri üçün bir təcrübə olaraq qəbul etmək istəyərlər. Məğlub olsalar belə boyun əyməzlər. Gec-tez yeniden ayağa qalxar, onları məğlub edəni mütləq məğlub edərlər. İnsanlarla yaxşı yola gedərlər, lakin alışdıqları insanlar və köhnə dostlarını yenilərdən daha üstün tutarlar.

Qısa boylu, özündən razı tiplər- Çox az insan sakit və şəndirlər. Hər hansı bir qrup olur-olsun ətrafa enerji saçarlar. Amma biraz çox yaxınlıq gördülərmi, davamlı öyünmələri qaçınılmazdır.  Tez əsəbləşir, özündən çıxarlar. Əsəbləşdikləri zaman bağırıb-çığırar, qəlb qırıcı sözlər söyləyərlər. Lakin bu həmin anda özlərini unutduqları üçündür. Əslində təmiz ürəkli və xoş xasiyyətlidirlər. Qəlb qırmaq istəmədikləri üçün etdikləri hərəkətlərə peşiman olarlar, kin saxlamazlar. 

Tərcümə edən: Cəlalə Yəhyalı

 

ŞƏRH YAZIN