Güclü Bir Beyin Üçün Yaddaş Və Unutqanlıq

0
6403
Güclü Bir Beyin Üçün Yaddaş Və Unutqanlıq

 Unutqanlıq,günümüzdə uşaqlardan yetişkin insanlara qədər hamımızın yaşadığı bir vəziyyərdir.Texnologiya və əl telefonu və komputer işlənməsi,stres,səs və gurultu,ağır iş temposu,sağlıqsız bəslənmə,yuxu düzənsizliyi,bunlar sadəcə bir neçəsidir. Unutqanlığın qaşısını almaqçün yaddaşın güclü olması lazımdır.

Güclü bir yaddaş üçün nə etmək lazımdır?
  • Stressi idarəetmə
  • Fikir aktivliyi
  • Sağlam qidalanma
  • Yuxu intizamı
 
1.Stressi idarəetmə:Unutqanlığa səbəb olan vəziyyətlərin başında stress gəlir. Çox stress beynin yaddaş bölümlərini ələ keçirər.Bu səbəbdən stressimiziidarə etməli, mümkün olduqca sakit qalmalıyıq. Deprresiv olma,əsəbilik,aqresif davranışlar,əsəbi ruh halı stressi gücləndirən başlıqlardandır. Bu kimi davranışlarda olmaq yerinə fikir qarışıqlığına səbəb olan stressi ələ almalıyıq.
 
2.Fikir aktivliyi:Fikir aktivliyi unutqanlığa qarşı çox vacibdir.Xəyal qurmaq,kitab oxumaq,tapmaca tapmaq,zəka inkişafetdirici uyunlar oynamaq,yeni bir hobi yaratmaq beyini düşünmə və axtarmağa yönəldəcək.Unutqanlığı azaldacaq beyin idmanı edərək yaddaşımızı gücləndirməliyik.
 
3.Sağlam qidalanma:vitamin və mineral əksikliyi yaddaş zəifliyinə və buna bağlı olaraq düşünmə itirməyə səbəb olur. B12 və C vitamini kimi vitamin və mineralların lazımi şəkildə alınmağı narahatlıq və stresi azaltmağa kömək edir.Antioksidan vitaminlər isə əsəblər və digər beyin hüceyrələrinə zərər verəbilən sərbəst radikalları və reaktiv oksigen tiplərini aradan qaldıraraq mərkəzi sinir sistemi sağlığını qoruyur.Kalsium lazımi qədər olmadığında yaddaş itirməyə səbəb olur,Omega-3 yağ asidləri,iltihabın verdiyi zərərlərə qarşı beyni qoruyur.Bu səbəbdən qidalanmada tarazlığa fikir verməliyik.
Spirt və narkotik istifadəsi, həddən artıq kafein qəbul etmək sinir funksiyaları mənfi təsir edir. Depresiya kimi psixi narahatlıqlar varsa psixoloji xidmət almalıyıq.
 
4.Yuxu intizamı: yuxu intizamı yaddaşın işləməsi üçün çox vacibdir.Öyrənilmiş biliklərin xatırlanması,narahatlığın azalması sağlam bir yuxu ilə mümkündür.Yuxu intizamı zehni performansı artıracaq. Diqqətsizlik,diqqət pozğunluğu kimi vəziyyətlərin öhdəsindən gəlinməsi və yaddaş problemlərinin olmaması üçün yuxumuzu nizamlamalıyıq.
 
Tərcümə etdi: Bayramova Nuranə

ŞƏRH YAZIN