İşdə Sevgi Macərası

0
2923
İşdə Sevgi Macərası

Günlərinin əksər saatlarını ofisdə, iş yerində keçirən kişilər burada sevgi macerası yaşamağa heç də pis baxmırlar. Lakin bunun nə qədər düzgün və sizə nə dərəcədə lazım olduğunu düşünməniz gərəkdir. Bu məsələyə aid bir neçə verdiyimiz məsləhətləri nəzərdən keçirin.

Şirkət siyasəti.
İş yerinizdə hər hansı bir qadın əməkdaşınız ilə sevgi macərası yaşamağa başlamazdan əvvəl, şirkət siyasətini incələməyiniz vacibdir. Ola bilsin ki, işlədiyiniz qurumda belə münasibətlərə fikir qəti mənfidir və yarımsaatlıq seks sizin üçün işinizi itirməklə nəticələnə bilər.
Oyun qaydaları.
Əgər artıq belə bir münasibətlərə girişmisiniz isə əvvəlcədən aranızda hər bir şeyi danışın. Nəyi necə edəcəksiniz ki, söz-söhbətlərdən uzaq olasınız.
Dostluq mümkün deyil.
Bir gün macəra yekunlaşdıqda aranızda düşmənçiliyin olmasına hazır olmalısınız. Bu səbəbdən əvvəlcədən bu məsələləri həll edin ki, sonra ayrılan zaman bir-birinizin ayağının altını qazmayasınız. Lakin əksər hallarda gərək artıq biriniz gedəsiniz.
Müraciət kodeksi.
Əgər istəmirsiniz isə sizin dalınızca pıçıldasınlar sevgi macərası yaşadığınız qadınla müraciət zamanı “pişiyim” və bu kimi müraciət formalarından istifadə etməyin. Əməkdaşlar sizin şəxsi həyatınızı bilmək məcburiyyətində deyildirlər.
Faydalıq əmsalı.
Çalışın həmkarınızla olan intim münasibətiniz işdə faydalılıq əmsalınıza mənfi təsir göstərməsin. Əgər siz özünüzə tənqidi yanaşsanız, münasibətdə olduğunuz qadın da sizdən geri qalmayaraq işinə məsuliyyətli yanaşacaq.
 
 
 
mənbə ; idol.az

ŞƏRH YAZIN