Kişilərin Eşitmək İstəmədiyi 10 İfadə

0
3705
Kişilərin Eşitmək İstəmədiyi 10 İfadə

1- «Bu gecə olmaz» 

Qadınların kişilərə verəcəyi ən böyük cəzalardan biri yataqla bağlıdır. Kişilər «bu gün olmaz» ifadəsinə nifrət edirlər. 

2- «Danışmalıyıq» 

Bu cümləni qadınlardan dünyanın harasında olursa olsun, eşitsəniz mənası eynidir. Nəticə — dava-dalaşdır.

3- «Məndə bir dəyişiklik hiss edirsən?» 

Qadınlar detallara varmağı sevirlər. Kişilər bəzən bu xırda detallara fikir vermirlər. Qadının özündə etdiyi dəyişiklikləri (saçın rəngi, yeni paltarlar və s.) vaxtında görmək lazımdır.

4- «Onunla yatmısan?»

Bu sualı eşitdinizsə, deməli onu aldatmısınız və müharibə hələ qabaqdadır.

5- «Bir az kişi ol» 

«Kişi deyiləm ki?»- deyə özünüzə suallar verməyin. Lazım olan vaxtı lazım olanları etmədiyinizə görə bu cümləni eşidə bilərsiniz...

6- «Hamiləyəm» 

Aydaaa… Bu hardan çıxdı?

7- «Bu gün anamgilə gedək?» 

Qayınana-gəlin gərginliyi kişilərdə də var. Ona görə kişilər qayınanasıgilə çox getmək təklifini bəyənmirlər.

8- «Zəhmət olmasa maşının sənədlərini təqdim edin» 

Cərimələr onsuz da çoxdur. Yol polisinə yaxalanmaq adamın bir həftəsini burnundan gətirə bilər. Ona görə kişilər bu cümləni də eşitməkdən xoşlanmırlar.

9- Yataqda başqa kişinin adını eşitmək

Bütün insanlar yuxuda danışa bilərlər. Xanımınız, sevgiliniz yuxuda olanda tez-tez başqa adamın adını çəkirsə, bu çox pis əlamətdir.

10- «Kökəlmişəm?» və yaxud «arıqlamışam?» 

Qadınlar çəki məsələsində çox həssasdırlar. Bir qram kökələn kimi və yaxud arıqlayan kimi kişilərin zəhləsin tökməyə başlayırlar. Tez-tez güzgü qabağında dayanıb yuxarıdakı sualları səsləndirirlər. 

 

 

 

 

ŞƏRH YAZIN