Öpüşlərin Mənaları

0
12689
Öpüşlərin Mənaları

Alından, yanaqdan, əldən və çiyindən öpüşün hər birinin ayrı-ayrılıqda mənası var. Həyat yoldaşınız və ya  sevgiliniz dodaqdan deyil, başqa yerdən öpürsə, bunun hansı mənanı verdiyini bilirsiniz? Bu öpüşlə bəlkə də sizə mesaj vermək istəyir… Kişi öpüşlərinin mənalarını təqdim edir:

Yanaqdan öpüş: Sizi həqiqətən sevir və sizə ehtiyacı var deməkdir. Özünü yaxşı hiss etmək və ya eşqinin qarşılıqlı olub-olmadığını təyin etmək üçün anidən öpə bilər. Ya da yanağınıza yapışıb uzun-uzun öpərək, sevgisini bu cür ifadə edə bilər.  

Əl: Sizə hörmət etdiyinin, amma eyni zamanda, sizi bəyəndiyinin göstəricisidir. Əlinizi yüngülcə öpüb bədəninə yaxın yerdə tutması olduqca seksual bir hərəkətdir. Əlinizi öpərkən gözlərinizin içinə də baxırsa, sevişmək istədiyini çatdırmaq istəyir. Bu cür öpüş mesajlarından ehtiyatlı olun.

Alından öpüş: Həyat yoldaşını alnından öpən kişi, ona özünü etibarlı əllərdə olduğunu hiss etdirmək istəyir deməkdir. Bu öpüş sizə dəyər verdiyini və bütün çətinliklərə baxmayaraq, yanınızda olacağını izah edir. Həmçinin məsum və saf sevgini ifadə edir.

Çiyindən öpüş: Adətən qəbahət işləyən insanlar üzr məqsədilə çiyindən öpürlər. Aradakı gərginliyi və küskünlüyü qaldırmaq üçün gizlin gəlib çiyindən öpən insanlar peşmanlığını və sevgisinin nə qədər qüdrətli olduğunu çatdırmaq istəyir.

Öpüşlərin mənası

Yanaqdan: sən mənə lazımsan

Boyundan: sənə hakim olmaq istəyirəm

Dodaqdan: səni sevirəm

Gözü bağlı: sənə vurulmuşam

Əli öpmək: sənə hörmət edirəm

Burundan: sən çox şirinsən

Qulağından: mən sadəcə əylənirəm

Saçlarından: sənsiz yaşaya bilmirəm

Dişləmək: mən səni qısqanıram

Gözlərə uzun-uzun baxmaq: məni öp

 

ŞƏRH YAZIN