Qadın Və Kişinin Fərqli Xüsusiyyəti (2-Ci Hissə)

0
3396
Qadın Və Kişinin Fərqli Xüsusiyyəti (2-Ci Hissə)

11) Emosionallıq

Qadınlar kişilərə nisbətən daha emosionaldırlar. Kişilər öz hisslərini cilovlaya bilirlər, lakin bunu qadından tələb etmək yersiz olardı. Xanımın əhvalı daim dəyişkəndir.
Qadınlar tərifə və cəzaya daha kəskin reaksiya verirlər. İşdə və evdə baş verən münaqişə və ya hər hansı bir narahatçılıq onlarda daha ağır təsir qoyur. Qadın bacaranda gülür və istəyəndə ağlayır. Xanımlar hadisələrə öz şəxsi münasibətləri kimi yanaşırlar.

Həmçinin xanımlarda təxəyyül və fantaziya çox inkişaf etmişdir (hətta kişilər bəzən bu ehtimallardan başlarını götürüb qaçmaq istəyirlər). Qadınların fantaziyası və orijinal fikirləri onlara reklam işində yardımçı olur. 
Qadınların üzünün ifadəsi bir neçə (onlarla) müxtəlif hissləri ifadə edə bilər, halbuki kişilərdə bir qayda olaraq iki xüsusiyyəti laqeydlik və nifrəti bildirə bilər.

12) Kollektivdə münasibət

Kişilərə kişi kollektivində olmaq daha rahatdır, nəinki qadınlara qadın kollektivində mövcud olmaq. Belə bir düşüncə də vardır ki, kürəkən qayınata ilə daha tez dil tapır, nəinki qayınana gəlinlə. 
Həm qadın və həm də kişinin sayı bərabər olan qarışıq kollektivdə mübahisə və münaqişələr daha az olur. Belə şəraitdə hər iki cins öz hərəkətlərini, dediyi sözləri çərçivədə saxlamağa çalışır və bununla münasibətlərdə tarazlıq yaranır.
Əgər kollektivdə bir cins üstünlük təşkil edirsə, bu zaman rəhbər əks cinsdirsə, abu-hava daha sağlam olur. Təsadüfi deyil ki, qadın kollektivində kişi rəhbərə üstünlük verilir. 

13) Sağ və sol yarımkürə

İnsanın daxili orqanlarının yerləşməsində simmetriya yoxdur, hətta beyinin iki hissəsi müxtəlif hərəkətləri həyata keçirir:- sol tərəf bizim nitqimizi və dillərə olan bacarığımızı, sözlərdən, rəqəmlərdən, simvollardan istifadə qabiliyyətimizi idarə edir, sağ tərəf isə musiqini düzgün qavrama qabiliyyətini, emosiya və intuisiyanı idarə edir. Həkimlər müşahidə ediblər ki, sağ yarımkürəsi zədələnən xəstələrdə, yumor hissi itir və sözün ikinci mənasını anlamırlar. 
Hər iki yarımkürə həm qadında və həm də kişidə müxtəlif cür işləyir. Qadınlarda bir qayda olaraq məsələ və problemlərin həllində hər iki hissə, lakin kişilərdə daha çox yalnız biri iştirak edir. Ona görə də qadınlar kişilərə nisbətdə sözləri daha sürətlə və daha aydın tələffüz edir və fikirlərində hesabı daha yaxşı aparırlar. Kişilər isə abstrakt riyazi modelləri daha yaxşı qura bilir və yad şəhərdə öz istiqamətlərini daha cəld tapırlar. 

14) İnstinkt (duyğu)

Qadında olan analıq hissi kişidə olan atalıq hissindən daha güclü inkişaf edib. Analar bütün övladlarını – həm pisini, həm də yaxşısını sevirlər. Lakin kişilərin əsasən yaxşı, nümunəvi övladlarına məhəbbətləri güclü olur. 
Uşaqlıq dövründən hər iki cinsin meylləri, maraqları və davranışları aydın görünür: qızlar uşaqlıqdan könüllü dayə olur, özlərindən kiçik uşaqlarla oynamağı xoşlayır, gəlinciklərin paltarlarını tikir, düzəldir və s. maraqları olur. Lakin oğlanlar uşaq vaxtından hərbi işlərlə, nəyisə düzəltməklə maraqlanır və eyni zamanda qızlara nisbətdə daha sərt və kobud olurlar. Digər bir misal: A.A.Bodalev məktəbəqədər uşaqlar arasında bir araşdırma aparmış və müəyyən etmişdir ki, oğlanların 60%-i sənayeyə aid, qızların isə əksəriyyəti güllər, geyim və məişət mövzusunda şəkillər çəkmişdir. 

15) Aktivlik

Kişilər fəaliyyətlərində qadınlara nisbətən daha aktivdirlər. Belə ki, bəzi mütəxəssislər məhkəmə iclası prosesini izləmiş və kişilərin qadınlara üstün gəlmələrini və hakimin qərarının kişi müdafiəçisinin xeyrinə həll olunmasının şahidi olmuşlar. Digər müşahidələrdə də qadınların təşəbbüskar deyil, müşahidəçi xarakter daşıması nəzərə çarpmışdır. Kişilər daima lider olmaq xüsusiyyətinə malikdirlər.

16) Münasibətdə qarşılıqlı tarazlıq

Bəzən fərqinə varmadan qadın ilə kişi münasibətində hansı cinsin idarə etməsi və ya hər hansı məişət və ya ailə daxilində kimin üstünlük təşkil etməsi çaşqınlıq yaradır. Belə bir deyim var: “Ağıllı, müdrik nənələr evdə oturaraq, daima dövləti idarə etmişlər”. Çünki onlar kişinin var-dövlətini idarə etmişlər, amma bu hərəkəti o qədər incəlik, yumşaqlıq və nəzakətlə həyata keçirmişlər ki, digər cins tərəfindən xoş qəbul olunmuşdur.

17) Nitq

İntellektin xarici ünsürlərindən biri də nitq sayılır. İntellektin məhdudluğu, adətən, söz ehtiyatının azlığında, sözlərin səhv tələffüzündə və bayağı (çeynənmiş) ifadələrin istifadəsində bilinir. 
İntellekti artırmaq üçün təhsil, mütaliə, ağıllı insanlarla ünsiyyət və öz üzərində işləmək kimi xüsusiyyətləri inkişaf etdirməkdən gözəl heç bir üslub yoxdur. Qadının insanın nitqinə diqqətlə və incəliklə fikir verməsi onu əks cinsdən fərqləndirən başlıca amildir. Qadın üçün bu kriteriyayla həmin insanın özündən nə təsəvvür yaratdığı məlum olur.

18) Savadlılıq

Orta hesabla qadınlar kişilərə nisbətən daha savadlı hesab olunur və onlardan (kişilərdən) daha çalışqan sayılırlar. Buna əsasən də daha savadlı insan psixoloji üstünlüyə malik olur, ona görə savadsızlığı biruzə verməmək və aşkar etməmək təqdirəlayiqdir. Bu nəinki məktubda, eyni zamanda şifahi nitqdə də özünü göstərir 

19) Özü-özünü qiymətləndirmə

Kişi özünə qiymət vermədə daha sakit və təmkinlidir, nəinki qadın. Bu xüsusiyyət uşaqlıqdan bəri hiss olunur. 
Peterburqda bəzi mütəxəssislər yüzlərlə gündəlikləri, Minskdə – minlərlə özünü xarakterizə edən qız və oğlanları araşdırıb təhlil etmişlər. Oğlanların özlərini xarakterizə etmələri daha obyektiv və gündəlikləri də əsasən real hadisələrlə və həyatdakı fəaliyyətləri ilə bağlı olub. Lakin qızların gündəliklərində, əsasən qarşılıqlı münasibət ilə bağlı məsələ və hadisələrə yer verilib. Ümumiyyətlə, bu xüsusiyyət həm yeniyetmə, həm də yetkin dövrdə müşahidə olunur. 

20) İtaətkarlıq 


Adətən qadın kişiyə hər işdə tabe olur. Bu halda kişi özünü daha güclü və möhkəm hiss edir. Bəzən belə bir anlayış da var ki, qadında itaətkarlıq xüsusiyyətini tərbiyə etmək hissi kişinin fitrətində qoyulub. Digər bir düşüncə isə belədir – “Səbir – qadının ən gözəl fitri xüsusiyyətlərindən biridir”. 

Kişilərin ən çox bəyənmədiyi xüsusiyyətlərdən biri də qadının özünü ondan (kişidən) ağıllı hesab etməsidir. Lakin qadın (xanım olaraq) kişinin bu cəhətini çox rahat qəbul edir. Bu da bir daha onların fərqliliyini biruzə verir.

 

Ardı Var...

 

ŞƏRH YAZIN