Qadınlar Həyatının Kişilərində Nəyi Görmək İstəyirlər?

0
2230
Qadınlar Həyatının Kişilərində Nəyi Görmək İstəyirlər?

Hər bir qadın sevdiyi insanın, həyat yoldaşının arzuladığı, görmək istədiyi qadın olmağa çalışar. Bəs kişilərin arzuladığı qadın kimdir onu bilərlərmi? Kişilər qadınlardan nə gözləyir? Psixoloqların fikrincə, kişilər, ilk növbədə, qadının ona əhəmiyyət verməsini istərlər. Elə isə sizin onun həyatındakı yerini və önəmini vaxtaşırı ona göstərin. Bəs daha sonra xanımlar nəyə diqqət etməlidirlər? Əsasən, evli qadınlar üçün psixoloq məsləhətləri:

1- Onlara qarşı geyiminizə diqqət yetirin, dağınıq halda onların qarşısına çıxmayın. Səliqəli və cazibədar görünməyə çalışın;
2- Özünüzün onun həyatındakı yerini və əhəmiyyətini vaxtaşırı ona göstərin. Kişilər qadınların onlara önəm verməsini istəyirlər;
3- Onda görmək istədiyiniz və görmək istəmədiyiniz xüsusiyyətləri onlara alçaldaraq deyil, hörmətlə deməyinizi istəyirlər;
4- Onu ruhən dəstəkləməyinizi və ona etimad etməyinizi istəyirlər;
5- Onların eyiblərini qohumlarının yanında dilə gətirməməyinizi istəyirlər. Çünki bu, onların heysiyyatının aradan getməsi deməkdir (hətta o özü olmayanda belə);
6- Başqa kişilərin gözəl xüsusiyyətlərini həyat yoldaşınızı qısqandıracaq şəkildə və onu alçaldacaq şəkildə heç vaxt dilinizə gətirməyin. Bu onun ümidsizliyinə səbəb olar və onun gözündən düşərsiniz;
7- Həyat yoldaşınız evə gələndə onu qapıda mümkün qədər və gülərüzlə, eyni zamanda gözəl və səliqəli şəkildə qarşılayın. Halını soruşun və ona olan məhəbbətinizi biruzə verin;
8- Arabir kiçik də olsa, ona hədiyyə alın. Çünki kişilərdə qadınlar kimi hədiyyə qəbul etməyi xoşlayırlar. Bununla da onun qəlbini ələ ala bilərsiniz;
9- Öz ana-ata və qohumlarınıza ehtiramla davrandığınız kimi onun da ata-anası və qohumları ilə ehtiramla davranın;
10- Ev işləriniz nə qədər çox olsa da, özünüzə vaxt ayırın. Çünki o, sizi gözəl görmək istəyir;
11- Zərurət olmasa, həyat yoldaşınız evdə ikən onu tək qoyub qonşuya və ya hər hansı bir yerə gəzməyə getməyin;
12- Mühüm olmayan qüsurlarını görməməzlikdən gələrək bağışlamanızı istəyir;
13- Həyat yoldaşınızın səhvlərini xatırlayarkən özünüzün də qüsursuz olmadığınızı nəzərə alın. Çünki o, sizin obyektiv olmağınızı istəyir;
14- Ondan gizli işlər etməmək, etdiyiniz işlərdə və hər hansı bir yerə gedəcəyiniz zaman onunla mütləq məşvərət etməyinizi istəyir;
15- Başqalarının yanında olduğu kimi, uşaqlarınızın yanında da ona hörmət edin;
16- Ondan heç kimə şikayət etməyin, ailə sirlərinizin məhrəmiyyətini heç bir şəkildə pozmayın və başqalarının yanında açmayın;
17- Onun həyatda yüksəlişlər əldə etməsində sizin də köməyinizin olmasını istəyir;
18- Sizə və övladlarına halal yoldan ruzi qazandığına dair çətinliyini anlamağınızı istəyir;
19- Yersiz qısqanclıqlarla onun əsəbləşdirməyin;
20- Həyat müştərəkdir deyərək, axşama qədər işləyən və evə yorğun-arğın gələn həyat yoldaşınıza evdə də (zəruri halların xaricində) ara işlər (qab-qacaq, paltar, yemək pişirmək və.s.) görməyə məcbur etməyin. Onların bundan xoşu gəlmir;

21- Xüsusi həyatınızdakı tələblərinizdə onun ruhi halını, yorğunluğunu, narahatlığını və vəziyyətini nəzərə alın;
22- Ailənin quruluşunu hər cür fitnə və fəsadlardan və dedi-qodulara səbəb olacaq davranışlardan qorumağınızı istəyir;
23- Ailə bağçasının çiçəkləri olan uşaqların ruhi və mədəni sahədəki tərbiyəsini layiq yerinə yetirməyinizi gözləyir;
24- O, sizə, günah işlər və həyatın digər çətinliklərindən sizi qorumaq üçün səy edir. Həmçinin sizin də onun üçün bir libas olmağınızı gözləyir;

Kişilər qadınları necə qıcıqlandırırlar?

Amerikalı alimlər Nyu-Yorkda ərdə olan 1500 qadın arasında sorğu aparıb.
Məlumata görə, tədqiqatçılar qadınları kişilərdəki hansı cəhətlərin daha çox qıcıqlandırdığını müəyyənləşdiriblər.
İlk yeri “içkinin qədərini bilməmək” tutub. Xanımlar bildirirlər ki, kişilər daim “stres atmaq” üçün durmadan içirlər və bu, əksər hallarda ailədə mübahisələrə səbəb olur.
İkinci yerdə isə kompüter asılılığıdır. İşdən gələn kişinin bütün gecəni kompüterin qarşısında keçirməsi onun xanımını əməlli-başlı qıcıqlandırır.
Kişinin əməkhaqqının az olması qadını ən çox qıcıqlandıran üçüncü faktordur.
Dördüncü yerdə kişinin pintiliyi durur.

Korrektor redaktor:Salmanlı Ayna

ŞƏRH YAZIN