Qadınlar kişilərdən niyə güclüdürlər?

0
2031
Qadınlar kişilərdən niyə güclüdürlər?

Artıq dəqiq demək olar ki, matriarxat dövründən müasir həyata kimi qadınlar daha da ağıllanmış və güclənmişdirlər. Onların məhsum görünüşləri altında güclü bir insan gizlənmişdir. Siz hələ də qadınları zəif hesab edirsiniz?

Əslində qadınlar göründükləri kimi zəif deyildirlər. Onların kişilər üzərində fiziki üstünlüyü barəsində də eşitməmiş olmazsınız. Bəs insan dişisinin kişilər üzərində başqa nə üstünlükləri vardır? Bunu sizlər üçün araşdırdıq.

Qadının gücü nədədir?

Qadınlar kişilərdən fiziki zəifdirlər. Beləki, əzələ yığımında vacib rol oynayan testosteron hormonu qadınlarda 10% az təşkil edir. Kişilərin qadınlardan fiziki daha güclü olduqlarını şübhə altına salmayaraq, psixikaya keçid alırıq.

Qadınlar kişilərdən niyə güclüdürlər?

Alimlər təyin ediblər ki, insan beyninin bəzi yerlərində beyin hüceyrələrin sayı qadınlarda daha çoxdur. Bu üstünlük onları daha da fiziki güclü etməsə də, onlrın psixiki dözümlüyünü artırır.

Kişi və qadınlar həyatın çətinliklərini fərqli keçirlər. Kişilər hər bir çətinlikdə gücə üstünlük versələr də, qadınlar daha çox ağılla hərəkət edirlər.

Stres hallarında qadınlar nə qədər güclüdürlər?

Qadınların gücü ekstremal hallarda daha da qabarıq hiss olunur. Baxmayaraq ki, onlar emosionaldırlar (qışqırırlar, ağlıyırlar), onlar stresə daha dözümlü olurlar. Stresi sağlamlığa ziyan vurmadan özündən uzaqlaşdırmaq ilk növbədə onların ana olmaqları ilə əlaqəlidir. Doğum qabiliyyətinə malik olan qadınlar güclü psixikaya malik olurlar.

Eyni zamanda kişilər zahirən soyuqqanlı görsənsələr də onlar qəlbən zəifidirlər. Qadınlar daha dözümlüdürlər. Beləki, təyin olunmuşdur ki, ekstremal sosial vəziyyətlər də məhz kişi ölümü daha çox olur. Üstəlik daha çox oğlan uşaqları ana bətnində sonadək qalmayıb, vaxtından əvvəl tələf olurlar. Bu səbəbdən dünyada daha çox qız uşağı doğulur.



 

ŞƏRH YAZIN