Seks xərçəngdən qoruyur, ürəyi möhkəmləndirir

0
4074
Seks xərçəngdən qoruyur, ürəyi möhkəmləndirir

Kanada alimləri belə nəticəyə gəliblər ki, intensiv seks xərçəngi əngəlliyə bilir, ürəyi, əzələləri, yaddaşı gücləndirir.

 

22 ailəvi cütlük arasında (18-35 yaş) araşdırma aparılmışdır. Bütün könüllülər iki qrupa ayrılmışdır. Birinci qrup könüllülər fiziki məşqlərlə, ikinci qrup isə sekslə məşğul olublar.

Nəticədə təyin olunmuşdur ki, seks fiziki məşqlərdən iki dəfə çox kaloriy yandırmağa kömək edir. Cinsi əlaqədən sonra beyin aktivliyi artır: endorfin hormonları beyinin yatmış hissələrini aktivləşdirir.

Sübut olunub ki, gündəlik seks qanı oksigenlə qidalandırır və bu yaddaşın yaxşılaşdırmasına, yeni beyin hüceyrələrinin yaranmasına səbəb olur. Üstəlik gündəlik seksi olan kişilər prostat vəzilərinin xərçənginə nadir hallarda tutulurlar.

Belfast Universitetinin ekspertləri sübut ediblər ki, həftədə ən azı üç dəfə sekslə məşğul olan cütlüklər, infarkt keçirmə riskini azaldırlar.

Bir cinsi əlaqə sizin yarımsaatlıq səhər idmanınızı, 15 dəqiqə intensiv qaçış və ya 10 dəqiqə velotrenajor məşqinizi əvəz edə bilər. Həmçinin seks zamanı onurğa sütunu möhkəmlənir, karbohidrat maddələr mübadiləsi aktivləşir. Əzələ quruluşuna müsbət təsir edən steroid hormonlar qanda artır.



ŞƏRH YAZIN