Dostluq haqqında 32 qızıl sözlər.

0
9614
Dostluq haqqında 32 qızıl sözlər.

Bir gün yuxudan oyanacaqsan ki,75 yaşın var... 
Komfort zonana sığınıb sevdiyin işlə məşğul olmağa cəsarət etmədiyini,
-Həyatının sevgisini qüruruna qurban verdiyini,
-Yağış altında heç vaxt tanqo oynamadığını anlayacaqsan.

***
Başqalarının xoşuna gəlmək üçün heç vaxt özün olmadığını,
-Binanın başına çıxıb səsin gəldiyi qədər qışqırmadığını,
-Səni vaxtilə üzən böyük problemlərin əslində nə qədər kiçik olduğunu,
-Sevdiyin insanlara onları nə qədər çox sevdiyini yetərincə demədiyini başa düşəcəksən. 

***
Paraşütün açılmayacağından qorxub hoppanmadığın dağ başını,
-Soyuq olduğu üçün çimmədiyin dənizləri,
-İsti olduğu üçün saatlarla çıxmadığın yatağı,
-Televizor qarşısında boş yerə keçirdiyin saatları,
-Yetərincə qucaqlamadığın dostları,
-Öyrənməyə vaxt tapmadığın pianinonu,
-Düşüncələrini həmişə çox ciddiyə aldığın qonşuları,
-Tənbəllik edib getmədiyin yığıncaqları xatırlayacaqsan.

***
-Üzmədiyin okeanları,
-Səyahət etmədiyin ölkələri,
-Yazmadığın kitabı,
-Tanış olmadığın insanları,
-Dadına baxmadığın yeməkləri
-Yazmadığın ad günü kartlarını,
-Nə cür keçdiyini hiss etmədiyin günləri,
-Öyrənmədiyin rəqsləri düşünəcəksən...

 

Bu düşüncələr sənin ürəyini parçalayacaq.Yaxşısı budur,zamanının dəyərini bil.Bunların baş verməsinə imkan vermə!

 

Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN