Brus Linin Həyatdan Öyrəndikləri

0
4434
Brus Linin Həyatdan Öyrəndikləri

Özünü tanımağın ən yaxşı yolu, başqaları ilə birlikdə fəaliyyətə keçməkdə yatır.

Məğlubiyyət, sadəcə bir ruh halından ibarətdir. Uduzmağı bir həqiqət olaraq qəbul etmədiyi təqdirdə heç kim həqiqətən məğlub sayılmaz.

Əgər bir şeyi çox fikirləşməyə başlasanız, heç vaxt reallaşdıra bilməzsiniz. Hədəfinizə doğru ən azından hər gün bir qərarlı addım atın.

Sadəlik, əzəmətin açarıdır.

Qorxu, naməlumluqdan irəli gəlir və içimizdəki qorxunu ancaq özümüzü daha yaxşı tanıyaraq məğlub edə bilərik.

Asan bir həyat diləməyin, çətin olana dözə biləcək güc istəyin.

Ölümsüzlüyə gedən yol, xatırlanmağa dəyər bir həyat yaşmaqla başlayar.

Bilgi sizə güc verər, lakin hörməti xarakterinizlə qazanarsınız.

Hər zaman özünüz olsun, özünüzü ortaya qoyun və özünüzə inancınız olsun. Qətiyyən çöl dünyadan müvəffəqqiyyətli bir şəxsiyyət seçib, onu təqlid etməyə çalışmayın!

Ən sərt ağac, eyni zamanda ən asan qırılan ağacdır. Buna baxmayaraq bambuk və söyüd ağacları, küləkdə  əyilərək həyatda qalmağı bacarırlar.

Bir şeyi sahiblənmə duyğusu, ilk öncə beyində başlayar.

Acılar ən yaxşı təlimçidir. Göz yaşı, teleskopdan daha uzaq üfüqləri göstərər.

Konsentrasiya, bütün üstün qabiliyyətlərin təməlidir.

Fiziki ya da başqa cür, əgər etdiyiniz hər şeyə bir məhdudiyyət qoysanız, bu bir müddət sonra işinizə və bütün həyatınıza yayılar. Limit deyə bir şey yoxdur; sadəcə irəliləmənin dayandığı nöqtələr var və bu nöqtələr qalmaq üçün yox; onları keçmək üçündür.

Müəllim sizə həqiqəti təqdim edən adam deyil. O sadəcə bir bələdçidir. Hər bir şagird, onun işarə etdiyi bir gerçəyi özü tapmalıdır.

Faydalı olan nə varsa, mənimsəyin; olmayanları isə həyatınızdan çıxarın. Və bu düstura tamamilə özünüzə xas olan bir şeylər də əlavə edin.

Niyyətiniz üzməyi öyrənməkdirsə, birbaşa suya dalın. Quruda dayanmağa davam etdiyiniz təqdirdə heç bir düşüncə sizə kömək edə bilməz.

Həyatı sevirsinizsə, vaxtınızı boş yerə xərcləməyin. Çünki həyat zamandan ibarətdir.

Səhvlər bağışlanmaz deyil; təki, onları qəbul edəcək cəsarətiniz olsun.

Hər birimizin içində döyüşdüyümüz şeytanlar var. Bunlar qorxu, nifrət və hirsdir. Bu şeytanları məğlub edə bilməsək, 100 illik həyat bir tragediyadan ibarətdir. Yox, əgər qalib gəlməyi bacarsaq, tək günlük bir həyat belə zəfər sayılır.
 

Redaktor:Əliyeva Zeynəb

ŞƏRH YAZIN