Bunlar Motivasiyanı Öldürür

0
4054
Bunlar Motivasiyanı Öldürür

Motivasiya uğur qazanmaq,müəyyən bir istiqamət götürmək üçün hər bir kəsin ehtiyac duyduğu məfhumdur.Son zamanlarda psixologiyanın ən çox diqqət cəlb edən bir sahəsi olan motivasiyada qalmaq daim mübarizə tələb edir.Çünki biz davamlı olaraq gələcəyimizlə bağlı mənfi düşünür və narahatlıq keçiririk.Böyük uğurlar qazanmış şəxsləri fərqləndirən xüsusiyyət onların daim irəliyə doğru hərəkət etmək qabiliyyətinə malik olmasıdır.

Bizim motivasiyadan düşməyimizin 3 əsas səbəbi var:
1.İnamın azlığı:Əgər uğur qazanacağınıza inanmırsınızsa,mübarizə aparmağın nə mənası var?
2.Qeyri-dəqiqlik:Nə istədiyinizi bilmirsiniz.
3.İstiqməti və ya ardıcıl olaraq nə etməli olduğunu bilməməyiniz:Necə istiqamət götürəcəyinizi bilmirsinizsə,siz bu halda niyə motivasiyanızı yüksəltmək istəyirsiniz?

İnamımızı necə artırmalıyıq?
Motivasiyanın ən böyük “düşməni” inamın az olmasıdır.Məsələn; mənim üçün bu o zaman baş verir ki,mən nə istədiyimə daha çox diqqətimi yönəldirəm və əlimdə olan imkanları unuduram. Yalnız nəyi istədiyinizə diqqətinizi yönəltdiyiniz halda,beyniniz ona sahib olmamağınıza səbəb olan amilləri müəyyənləşdirir.Və bu da sizdə mənfi düşüncələrin yaranmasına gətirib çıxarır. Keçmişdə baş verən uğursuzluqlar,pis başlanğıclar və müəyyən şəxsi keyfiyyətlərin aşağı olması beyninizdə daha da böyüyür.Siz digərlərini qısqanmağa və uğur qazana bilməməyinizə bəraət qazandırmağa çalışırsınız.Digərləri haqqında mənfi düşünməyə və getdikcə özünüzə olan inamı itirməyə başlayırsınız.Bundan xilas olmaq üçün öz ağlınızda gücünüz,keçmişdə qazandığınız nailiyyətlər və mövcud üstünlüklər barədə bir cədvəl tərtib edin.Bütün bunlara görə şükür etdiyiniz halda siz necə də səriştəli və müvəffəqiyyət qazanmış biri olduğunuzu dərk edəcəksiniz.Bu sizin özünüzə olan inamınızı yenidən bərpa edəcək və mövcud nailiyyələriniz üzərində çalışmağa həvəsləndirəcək.

Dəqiqlik
Motivasiyanın ikinci “düşməni” qeyri-dəqiqlikdir.Siz hansı tezlikdə konkret məqsədlərdən daha çox nə istəmədiyinizə diqqətinizi yönəldirsiniz?Biz daha çox qorxularımız barədə düşünürük: kasıb olmaqdan qorxuram,qorxuram ki,birdən heç kim mənə hörmət etməz,tək olmaqdan qorxuram və s. Qorxularımızı azaltmaq üçün nəsə etmədiyimiz halda onlar daha da çoxalır və bizi həvəsdən salır.Müxtəlif qorxu hisslərindən daha çox məqsədlərimizə diqqətimizi yönəltdiyimizdə beynimiz işləməyə və dərhal uğur qazanmaq üçün plan qurmağa başlayacaq.
Gələcək haqqında narahat olmaq yerinə onun üçün nəsə etməyə başla.Bu motivasiyanızı yüksəltəmək üçün atacağınız ilk addımdır.Biz nə istədiyimizi bildiyimiz halda onun üçün nəsə etməyə başlayırıq.
İstiqamət
Motivasiyanın bir pazl olduğunu düşünsək,burada ən sonuncu hissə istiqamətdir.Dəqiqlik əsas məqsədi müəyyən etməyi ifadə etdiyi halda,istiqamət ona nail olmaq üçün gündəlik strategiyaya sahib olmağı özündə əks etdirir.İstiqaməti bilməmək motivasiyanın azalmasına səbəb olur,çünki atacağımız növbəti addımı bilmədikdə baş verən ləngimələrə qarşı tab gətirməyə bilərik. Buna misal olaraq məşhur bir bloqa sahib olmaq istəyən,məqalələr yazmaq yerinə bloq yaratmaq barədə yazıları oxuyan birini göstərmək olar.İstiqaməti müəyyənləşdirmək üçün isə uğura aparacaq olan fəaliyyət növlərini dəqiqləşdirmək lazımdır.İlk əvvəl,fəaliyyət növlərini özündə əks etdirən bir cədvəl tərtib et.Daha sonra böyük miqdarda mənfəət gətirəcək olan işləri diqqət mərkəzində saxlayan fəaliyyət planını qurun.Yuxarıdakı nümunənin davamı olaraq bloqerin cədvəli belə olmalıdır:
-Məzmunu tərtib etmək.
-Müvafiq mövzular barədə tədqiqat aparmaq.
-Digər bloqqerlərlə əlaqə saxlamaq.
-Dizayn və yerləşdirməni optimallaşdırmaq.
-Şərh və email-lərə cavab vermək.
-Digər bloqları oxumaq.
Ən mühüm işlərin izi ilə getdikdə bu,enerjinizi uğura doğru istiqamətləndirəcək.Adı çəkilən üç motivasiya “düşməni”nə qarşı ehtiyatlı olduqda siz motivasiyanızı yüksək saxlayacaq və müvəfəqiyyət qazanmaq yolunda hərəkətə keçəcəksiniz!

 

Korrektə etdi:Günel İbadova

 

ŞƏRH YAZIN