Ən Gec Hansı Yaşda Sahibkar Ola Bilərsiniz?

0
2054
Ən Gec Hansı Yaşda Sahibkar Ola Bilərsiniz?

 

Bəli İrlandiyalı Cordan Kasey xəyallarını gerçəkləşdirmək üçün yola çıxdığında hələ 9 yaşında idi. Bu gün dünyanın ən gənc proqramçısı,App Store proqram hazırlayanı və CEO-dur (baş icraçı direktor). Mark Zukerberq isə,19 yaşında Facebooku yaradıb.Lakin Çarlz Flint 61 yaşında Beynəlxalq Biznes Avadanlıqları (İBM) şirkətini yaradıb. 
 
Dünyanın dörd bir yanında konfranslara qatılan Cordan Kasey bir çoxları üçün ən azyaşlı uğur hekayəsidir.Hollivud da öz yataqxana otağından bir milyard dollarlıq biznes yaradan kollecli oğlanın hekayəsini sevsə belə,bu,sadəcə tək bir hekayədir.Əksəriyyəti üçün həyat sahibkar kimi çox daha sonra başlayır. 
 
P.S. Əfsanəvi toy paltarı dizayneri Vera Vanq 39 yaşına kimi paltar dizaynına başlamayıb.
Ev dekorasiyası şahzadəsi və biznes çariçası Marta Stüart 35 yaşına kimi ev dekorasiyası ilə məşğul olmayıb.
San Fransiskolu angel investor və 500 Startups biznes inkubatorunun banisi Deyv Makklur isə 40 yaşına kimi tək bir biznes yaradılmasına belə sərmayə qoymayıb. 
 
Biznes yaratmağa gəldikdə isə insanın gənclik enerjisində çatışmayan şeylər təcrübədə ikiqat geri qayıdır.Reyd Hofman son dərəcə məşhur Linkedln karyera şəbəkə saytını 36 yaşında yaradıb; Sem Volton "Wal-Mart" pərakəndə satış şirkətini 44 yaşında yaradıb; və Cozef Kempbel "Campbell Soup" ərzaq istehsalı şirkətini 52 yaşında yaradıb.
 
Siz də ruhlanın və oturub saçınızdakı ağ tükləri saymaqdan əl çəkin!
 
Korrektə etdi:Günel İbadova
 

ŞƏRH YAZIN