Gəncin Harvard Arzusu Necə Gerçək Oldu?

0
4013
Gəncin Harvard Arzusu Necə Gerçək Oldu?

Dünyanın ən məhur universiteti olan Harvardda oxumağı kim istəməz ki? Hər kəs buna can atır, amma di gəl ki, buna hər kəs nail ola bilmir. Hər il minlərlə gənc Harvard Universitetinə sənəd verir. Müraciət prosesi namizədlərdən bir neçə ay, hətta bəzən il alır. Martın son həftəsində isə qəbul olan şəxslərin adları açıqlanır. Müraciət edənlərin çox az hissəsi öz məqsədlərinə nail olurlar.
Bu gün sizi Harvarda yenicə qəbul olmuş bir gənclə tanış edəcəyik. Anny Jeung 2011-ci ildə Nyu-York Universitetinin Stern Kollecini bitirib, hazırda PepsiCO-da baş strategiya analitikidir. Enni dərslərə 2017-ci tədris ilində başlayacaq.
Biz Enni ilə qəbul prosesinin eniş və yoxuşları haqqında söhbət etdik. Həmçinin ondan dünyanın ən prestijli MBA proqramına qəbul olmağı necə bacardığını soruşduq. Əvəzində aşağıdakı cavabları aldıq.
1. Hər şeyi lap əvvəldən planlaşdırın. "Mən biznes təhsili almaq barədə xeyli müddət idi ki, fikirləşirdim. Bu istək bir neçə il əvvəl kolleci bitirdikdən sonra yarandı. Bakalavrı bitirən kimi təhsilimi MBA üzrə davam etdirməyi qərara aldım". Enni həm PepsiCo-da fulltime işçi kimi fəaliyyət göstərirdi və eyni zamanda universitetə hazırlaşırdı. Bu proses onun 14 ayını alıb. Harvarda qəbul prosesi 3 mərhələlidir: Sentyabr, yanvar və aprel. Hər tur yüksək rəqabət altında keçir. Buna görə də hazırlığa xeyli müddət əvvəl başlamaq daha məqsədəuyğundur.
2. GMAT hazırlığı siz fikirləşdiyinizdən daha çox vaxt aparır. Enninin fikrincə GMAT hazırlığı müraciət prosesinin ən çətin mərhələsidir. O deyir: "Əvvəl elə fikirləşirdim ki, təkcə həftə sonları hazırlaşsam bəs edər. Lakin demək olar ki, hər gün məşğul olurdum. Hazırlıq prosesi çətin olmaqla yanaşı həm də kifayət qədər vaxt alan oldu. Bu işə 5 ayımı sərf etdim. Gərgin iş rejmi və az yatmaq bir qədər çətinlik törədirdi. Amma sonda imtahanda yüksək nəticə əldə etməyi bacardım. Bu bəlkə də həyatımda verdiyim ən çətin imtahan idi".
3. Ətrafınızdakı insanların seçimlərindən nümumə götürün. Enni GMAT imtahanı verdikdən sonra oxumaq istədiyi universitetlərin sayını minimallaşdırdı. "Məncə hansı universitetlərə qəbul olma şansının daha çox olması və hansı universitetin ən uyğun olmasını seçərkən ərtafımızdakı uğurlu insanlara nəzər yetirməliyik. Partnyorlarımızın və ya bizdən daha nüfüzlu şəxslərin seçimlərindən nümunə götürmək çox faydalıdır".
4. Müraciət formanızı ideal səviyyəyə gətirin. " Müraciət formasına həddən çox sənəd daxil edilməsə də bu proses də yetəri qədər vaxt aparır. Bütün sənədlərin qüsursuz olması vacibdir. Qrammatik səhvlərə xüsusi diqqət yetiriməlidir. Internetdən istənilən qədər pulsuz məzmun yükləmək olar. Mən özüm GMATclub.com saytının yaratdığı imkanlardan faydalandım".
5. İnşanız həyat amalınızı maksimum ifadə etməlidir. "Hər sözününzdə özünüzü qəbul komissiyasına tanıtdırmalısınız. Minlərlə yazının içində sizin yazınız orijinallığı, səmimiliyi və məqsədyönlülüyü ilə seçilməlidir. Yazıya başlamazdan bir neçə gün əvvəl oturub fikirləşdim: Mən kiməm? Hazırda cəmiyyətdə tutduğum mövqe nədən ibarətdir? Və gələcək üçün planlarım nədir? Düşünürəm ki, özümü ən yaxşı şəkildə ifadə etməyi bacardım".
6. Sizin üçün tövsiyyə məktubu yazan insanları düzgün seçin. "Tövsiyyə məktubları da sizin ideal namizəd olduğunuzu göstərməkdə böyük rol oynayır. Ona görə də sizi yaxından tanıyan və həqiqətən sizin taleyiniz üçün narahat olan şəxslərdən istifadə edin. Digər şəxslər titulca daha yüksək ola bilər, amma sizinlə şəxsi tanışlıqları olmaz. Bu səbəbdən birincilərə üstünlük verin!"
7. Özünüzə güclü dayaq-müdafiə sistemi qurun. "Hazırlıq prosesində bizi əhatə edən insanlar vacib rol oynayır". Enninin dediyinə görə o, ən böyük dəstəyi həmin il onunla birlikdə biznes məktəbinə müraciət edən,  Greenwich Consulting-də məsləhətçi kimi çalışan sevgilisindən alıb. O, bildirir ki, "Biz fərqli insanlarıq və fərqli düşüncə tərzinə malikik. Buna baxmayaraq bu müxtəliflik mənə çox müsbət təsir göstərdi. Həmçinin komanda rəhbərimlə 20 dəqiqəlik telefon danışığı da məni ilhamlandırdı".
8. Hisslərinizi düzgün idarə etməyi bacarın. "Hər bir namizəd kimi mən də qəbul ərəfəsi emosiyaların burulğanına düşmüşdüm. Tez-tez gerivçəkilmək istəyi, ümidsizlik baş qaldırırdı. Həyəcan və psixoloji gərginlik daim məni izləyirdi. Uğursuzluğa düçar olacağımdan qorxurdum. Ama belə anlarda insanın ən yaxşı dostu elə özü olur.  Tezliklə özümü ələ almağı bacardım. Hazırda isə bu pillədəyəm".


Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN