Həyatı Başa Düşmək Üçün Bunları Qeyd Edin!

0
10559
Həyatı Başa Düşmək Üçün Bunları Qeyd Edin!

Həyatı yaşayarkən keçmişlərin təcrübəsindən faydalanmaq lazımdır. Bu yazımızda həyatın içindəki təcrübələri sizin üçün yığdıq və sizə kömək olacağını düşündük.

Həyatı Başa Düşmək İstəyirsənsə Bunları Qeyd Et:

 
1- Ağlını işlət.
 
2- Yaxşıca tanımadan heç bir insana bağlanma.
 
3- Bitməmiş bir münasibətin üzərinə başqa bir münasibət qurma.İztirab çəkən sən olarsan.
 
4- Yaxşıca araşdırıb digər insanların da haqlı ola biləcəyini düşün.
 
5- Səni düşünməyəni sən heç düşünmə,danışmayanla əsla danışma.
 
6- Güvənmədiyin biriylə heç vaxt  münasibət qurma.
 
7- Yalanını tutduğun  insanın düzələcə biləcəyini düşünmə.
 
8- İnsanlara doğru dəyər ver, layiq olmayanları sil.
 
9- Heç kəsə yalvarma.
 
10- Heç Vaxt dönüb də arxana baxma.
 
11- Sirr saxlamasını bil.
 
12- Dostlarının sevgilindən daha əhəmiyyətli olduğunu unutma. Onları əsla sevgilin üçün satma.
 
13- Əgər layiq olduğun sevgini ala bilmədinsə özünü incitmə, problem səndə deyil.
 
14- Kiminsə sözüylə dolduruşa gəlmə, amma ağlının bir küncündə də saxla.
 
15- Beynində bitirdikdən sonra iki cüt şirin söz, iki damla göz yaşı üçün əsla yumşalma.
 
16- Səni sevənlərlə istifadə edənləri yaxşı ayırd et.
 
17- Səni dinləyib başa düşmə niyyəti olmayanlarla mübahisə etmə.
 
18- Qısa müddət ərzində yaradılan dostluqları qəbul etmə.
 
19- Əgər verdiyin sirr o adamda qalmırsa ikinci bir sirr vermə.
 
20- Dostun olacaq insanları bəzi meyarlara görə müəyyən et.
 
21- Özünü tərifləyən insanlardan qaç.
 
22- Qarşındakının doğrunu söylədiyini fikirləşmə.
 
23- Özünə olan hörmətini itirməyinə səbəb olacaq heç bir şey etmə.
 
24- Problemin olduğunda insanlar zaman ayırıb səni dinləyirlərsə onların nəsihətlərini qulaqardı etmə.
 
25- Göz görə-görə su gölməçələrinə daş atma, mütləq üstünə sıçrayar.
 
26- Özünün hamıdan daha vacib olduğunu unutma.
 
27- Sən istəmədiyin müddətdə  Allahdan başqa kimsənin səni incidə bilmiyəcəyini ağlından çıxartma.
 
28- Göz yaşlarının dəyərini bil. Onları layiq olmayanlar üçün xərcləmə.
 
29- Sənə bəxş edilən ağılı istifadə etməyərək Allahı təhqir etmə.
 
30- Sənin ağlına inanan insanları xəyal qırıqlığına uğratma.
 
31- Özünü sev.
 
32- Spirt alanda özünü itirənlərlə heç vaxt mübahisə etmə.
 
33- Çöldəki günəşə baxıb gülümsə və önündə yekə bir gələcək olduğunu unutma.
 
34- Dostluğunla kifayətlənməyənlər üçün heç bir fədakarlıq etmə.
 
35- İnsanları itirirsən deyə ağlayıb sızlama, amma qazandığın insanların dəyərini bil.
 
36- Sevgidə belə məntiqinə küsmə. Ürəyin doğru yolu tapacaq instinktə malik deyil.
 
37- Kimsəyə daşıya biləcəyindən çox dəyər verib bununla öyünməsinə fürsət vermə.
 
38- Güvənmədiyin kimsəyə əleyhinə istifadə ediləcək heç bir fürsət vermə.
 
39- İstədiyini almaq üçün əsla yalandan göz yaşı tökmə.
 
40- Sənə olan sevgini və inamı istismar etmə.
 
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN