Mən niyə yazıram?

0
3292
Mən niyə yazıram?

Mən niyə yazıram?

Corc Oruell (George Orwell) 1947-də "Mən niyə yazıram?" essesini paylaşır. Bir yazar nə məqsədlə yazmalıdır axı? Çörək pulu qazanmaqdan başqa 4 əsaslı motivi qeyd edir.

1. Təmiz eqoizm. Ağıllı görünmək istəyi, sənin haqqında çox danışsınlar deyə, ölümündən sonra xatırlasınlar deyə, səni uşaq vaxtı alçaldanları indi ününlə ötüb keçmək istəyi və s. Bütün bunlar çox güclü motivlərdir. Yazıçılar da alimlər, artistlər, siyasətçilər, hüquqşünaslar, əsgərlər, biznesmenlər kimi eyni insani keyfiyyətləri bölüşürlər. İnsanların əksəriyyəti eqoist deyil. Onlar 30 yaşlarından sonra bütün şəxsi həyatlarını kənara qoyub başqaları üçün yaşayırlar. Amma bütün ömrü boyu ancaq özü üçün yaşayan balaca bir qrup var, bu yazıçılardır. Ciddi yazarlar jurnalistlərdən belə daha eqoist və  təkəbbürlüdür, pulla o qədər maraqlanmasalar belə.
 
2. Estetik ekstaz (coşqunluq). Ətrafın, dünyanın gözəlliyini qavramaq və ona doğru təsvir vermək. Bir səsin digər səslə qovuşmasından yaranan təsirdən zövq almaq, yaxşı bir hekayənin ritmi kimi. Mütləq dəyərli olan insanlıq hekayəsini/təcrübəsini bölüşməliyəm hissi. Bu motiv çox yazarlarda zəifdir. Hətta dərslik yazanların belə öz sevimli ifadələri və sözləri vardır, gərəkli olmasa belə bu sözləri istifadə etməyi sevirlər. Və yaxud tipoqraflıya, bir şriftin gözəlliyinə, sözlər arası məsafəyə olan xüsusi heyranlıq. Dəmiryolu üçün bələdçi kitabından bir az yuxarı səviyyəli bütün kitablar estetik mülahizələrlə doludur. 
 
3. Tarixi impuls. Hadisələri olduğu kimi təsvir etməyə çalışmaq. Doğru faktları toplamaq və saxlamaq ki, gələcək nəsillər bunu oxuyaraq öyrənsinlər. 
 
4. Siyasi hədəf - "siyasi" sözünü ən geniş mənada istifadə edə bilərik. Dünyanı hər hansı bir səmtə yönəltmək istəyi. İnsanların yaxşı cəmiyyət barədə fikirlərini dəyişmək/formalaşdırmaq. Hər bir kitabda siyasi qərəz var! İncəsənətin siyasətdən ayrı olmalı olduğunu fikirləşmək belə siyasi bir münasibət göstəricisidir. 

Bəlkə siz də nəsə əlavə edə bilərsiniz? 

ŞƏRH YAZIN