Öz- Özünüzü Motivə Etmək

0
1582
Öz- Özünüzü Motivə Etmək

İnsan öz- özünü motivə edə bilərmi?

Əgər zehninizin idarəçiliyini ələ ala bilsəz , bu mümkündür.
 
Zehnimizin sahibi olmaq
Zehnimiz görüntülərlə , səslərlə işləyir.Söz gəlişi sizə “aslan”desək, hamınızın yaddaşında aslan rəsmi canlanacaq. Ancaq bu, söz şəklində canlana bilməz!
 
İndi çox diqqət edin.
Zehnimiz rəsmlərlə işləyir və bu rəsimlər bizim duyğularımıza, inanclarımıza, davranışlarımıza təsir edir.
Biz bu rəsmlər üzərində işlər apararaq duyğularımızı, inanc və davranışlarımızı dəyişə bilərik. 
Bir işə başlayarkən, beynimizə hücum edən müvəffəqiyyətsizliklərimizin rəsmini zehnimizdən silməliyik. Onun yerinə isə müvəffəqiyyətli olduğumuz anların rəsmlərini qoymalıyıq. Belə olan halda özümüzü motivə edə bilərik.
Hər bir insanın müvəffəqiyyətli və müvəffəqiyyətsiz anları olur. Hər zaman uğurlu ola bilmərik. Uğurlu olduğumuz anlar qədər də uğursuz da olan anlarımız vardır .
 
Ən uğurlu anınızı xatırlayın!
Özünüzdən əmin, həyəcanlı , qərarlı idiniz. Elə bil, bütün dünya sizə dəstək idi. Nəhayət, bunu bacardınız! 
Bax , həmən anları hafizə ekranınıza gətirin. Bütün bədəninizə o andakı kimi hiss etdirin. Bunu etmək əlinizdədir!
Motivasiya belə əldə edilir!
 
Tərcümə etdi : Səmra Əsgərli   
 

ŞƏRH YAZIN