Özünə Söz Ver Ki ...

0
5535
Özünə Söz Ver Ki ...

Xoşbəxtlik nədir? Pul? Ailə? Dostlar? Əyləncə? Sevgi? Sizə görə xoşbəxtlik nədir? Xoşbəxtlik qışqırıb sevinmək, hər zaman hiperaktiv olmaq deyil. Onda enerji bitəndə xoşbəxtlik də bitir. Mənimçün xoşbətlik ruh rahatlığıdır,harmoniyadır. Kimisi xoşbəxt olmaq üçün xırda şeylərlə yetinməz. Kimisi isə, bir cümlə ilə belə xoşbəxt olmağı bacarır. Amerikalı yeni fikir lideri və müəllim, eləcə də metafizik və "Yeni Düşüncə" kitabının müəllifi Kristian Larsonun xoşbəxt edən sözlərini sizə təqdim edirik: 

Özünə söz ver ki,

- O qədər güclü olacaqsan ki, heçnə sənin ruh sakitliyini poza bilməyəcək,
 
- Gördüyün hər insanla sağlamlıq, xoşbəxtlik və uğur haqqında danışacaqsan,
 
- Dostlarına hər imkanda onların nə qədər dəyərli olduğunu hiss etdirəcəksən,
 
- Hər şeyin işıqlı tərəfinə baxacaqsan və optimizmin ürəkdən gələcək,
 
- Yalnız ən yaxşı şeylər düşünəcəksən və ən yaxşılar uğrunda çalışacaqsan,
 
- Başqalarının uğruna öz uğurun qədər sevinəcəksən,
 
- Keçmişin səhvlərini unudacaqsan və gələcəyin böyük nailiyyətlərini düşünəcəksən,
 
- Üzündə xoşbəxt ifadə yaradacaqsan və gördüyün hər bir varlığa gülümsəyəcəksən,
 
- Özünü inkişaf etdirməyə o qədər vaxt ayıracaqsan ki, başqalarını tənqid etməyə vaxtın qalmayacaq,
 
- Narahat olmayacaq qədər böyük, hirslənməyəcək qədər nəcib, qorxmayacaq qədər güclü və kədərlənməyəcək qədər xoşbəxt olacaqsan…
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN