Real İnsanların Sizi Motivasiya Edəcək Uğur Hekayəsi

0
2394
Real İnsanların Sizi Motivasiya Edəcək Uğur Hekayəsi

İçimizdən ən sakit adamlar belə, kədər, iztirab və sədaqət ilə yazılmış Tomas Edison kimi insanların real həyat hekayələrində özlərinə bir yer tapıb ruhlana bilərsiniz.

Bu məqaləmizdə sizinlə yenə real həyatdan nümunələr olan  müvəffəqiyyət hekayələrini paylaşacağıq. Sonu gəlməyən maneələrlə nə zaman qarşılaşsam davam etməmi təmin edən bu 2 hekayəni sizinlə paylaşmaq istəyirəm. Hər şeydən əhəmiyyətlisi, tək olmadığınızı bilməkdən daha yaxşı nə ola bilər?
 
Bəlkə də daha əvvəl eşitdiyiniz hekayələrdir bunlar, ya da ilk dəfə qarşılaşacaqsınız, amma siz hər halda oxumağa davam edin və ilham alın hətta sosial şəbəkədəki səhifələrinizdə paylaşın. Birinin həyatını dəyişdirmək üçün onu motivasiya edərək, həqiqi istəyinə çatdıra bilərsiniz, kim bilir?
 
Michael Jordan
 
"Müvəffəqiyyətsizliyi qəbul edə bilərəm, hər kəs bir şeylərdə müvəffəqiyyətsiz olar, amma cəht etməməyin  qəbul edə bilmərəm!"
 
Motivasyadan bəhs edirsə, Michael Jordan'a toxunmadan edə bilmərəm. Jordan, ilk uğursuzluğunu məktəbin basketbol komandasına daxil olmaq istədiyi zaman yaşadı. Səbəbi mi? O zamanlar yalnız 1.75 boyunda idi. Ondan daha uzun olan yoldaşı Leroy Smith komandadkı son boş yeri almış idi. O da qərarını verdi və bir daha heç vaxt eyni vəziyyətə düşməyəcəyindən dair özünə söz verdi. O gündən sonra hər gün məşq etdi və heç ara vermədi. Qısa zaman sonra 1.90 boyuna çatmışdı və beləcə komandaya daxil oldu və bir daha əsla arxasına baxmaq məcburiyyətində qalmadı.
 
Olimpiyadakı iki qızıl medal sahibi komandanın bir parçası olaraq, sonrakı karyerasında NBA Ən Qiymətli Oyunçu mükafatını 5 dəfə əldə etməyi bacarmışdır. Jordan 90-cı illərdə 10 ildən çox oyun meydançalarında hakimiyyət sürmüşdür.
 
Lance Armstrong
 
25 yaşında irəliləmiş mərhələdə testis xərçəngi diaqnozu qoyulan Lance Armstronga, həkimlər 100də 40dan daha az yaxşılaşma şansı verdilər. Şiş, beynində çoxlu lezyonlarla birlikdə ağciyərlərini və mədəsini də örtmüşdü. Hər kəs velosiped karyerasının sona çatdığını düşünmüşdü. Ancaq kimsə onun özünə olan kəskin, bitməz  inancı və anası Linda Wallingin ona öyrətdiyi dərsləri hesaba almamışdı. Etdiyi ilk şey, özünü əsir alan xəstəliyi və ona yaşatdıqlarını qəbul etmək, haqqında öyrənə biləcəyi hər şeyi öyrənmək oldu. Bu mövzuda yazılan kitabları, qaynaqları  oxuyarkən, eyni xəstəlikdən əziyyət çəkən insanların olduğu dəstək qruplarından kömək aldı. Lance, anasının ona öyrətdiyi  üç şeydə güc tapdı.
 
"Hər maneəni bir fürsətə çevir"., "Hər zaman möhkəm çalış, görəcəksən ki yaxşı şeylər olacaq"., Və "Başqaları sənə edə bilməzsən dediklərində onlara inanma!"
 
Lancein xərçəngə qalib gəlməsindən sonraki geri dönüşü çox müvəffəqiyyətli sayılmazdı, yarışı 14-cü olaraq tamamladı. Hətta təqaüdçü olmağı belə düşündü ancaq nişanlısının davamlı dəstəyi sayəsində, anası və yaxın yoldaşı Chris Carmichael onu Appalachiansdaki bir sonrakı yarışa hazırladılar. Məşqlərdən sonra tam fərqli bir adam olaraq çıxdı və davam edən çətinliklərin onu bir daha əzməsinə icazə vermədi.
 
Dopingin  Lance'in usta bir velosipedçi olaraq adına ləkə vurduğu doğrudur. Ancaq göz ardı edilməməsi lazım olan və özünə heyran buraxan bir şey var ki, hər kəs həyatının bitdiyini düşündüyündə, gücü sayəsində çətinlikləri öz lehinə çevirmişdir...
 
 
Tərcümə edən: Bəsti Mehralıyeva
 

ŞƏRH YAZIN