Siz Necə, Bir Öncəki Gündən Sürətlisiniz?

0
2553
Siz Necə, Bir Öncəki Gündən Sürətlisiniz?

 Hər səhər bir ceyran oyanır Afrikada,başında sadəcə bir düşüncə var:
“Ən sürətli qaçan aslandan daha sürətli qaçmaq." Yoxsa o,aslana yem olacaq.Hər səhər bir aslan oyanır Afrikada,başında sadəcə bir düşüncə var:
“Ən yavaş qaçan ceyrandan daha sürətli qaçmaq." Yoxsa aclıqdan öləcək.

İstər aslan olun,istərsə ceyran.Bu, o qədər də önəmli deyil,sadəcə günəş doğduğu zaman qaçmalı olduğunuzu,özü də bir öncəki gündən daha sürətli qaçmalı olduğunuzu bilin.

Həyat adlı “qaçış”ı çox gözəl anladır bu hekayə.Çünki əgər aslansınızsa və ən yavaş qaçan ceyranı bir öncəki gün yaxalamışsınızsa,onda bilməlisiniz ki,ən yavaş qaçan ceyran sizdən daha sürətlidir.Deməli,dünənə görə sürətinizi artırmalısınız.Yox,əgər ceyransınızsa və hələ də aslana yem olmamısınızsa,siz də sürətinizi dünənə görə artırmalısınız.Çünki ola bilsin,sıra sizdədir.

Həyat barəsində də davamlılığın əsas şərti hər gün qaçmaq və əvvəlkindən daha sürətli ola bilməkdir.Siz də indi baxın özünüzə.Kimdən sürətlisiniz yox,bir öncəki gündən sürətlisinizmi?

 

Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN