Tereza Ana: Həyat Nədir?

0
5278
Tereza Ana: Həyat Nədir?

Həyat – fürsətdir, ondan faydalanın.

Həyat – gözəllikdir, onu duyun.

Həyat – zövqdür, onu dadın.Tereza Ana – yoxsulların xilaskarı.

Həyat – arzudur, onu yerinə yetirin.

Həyat – çağırışdır, onu eşidin.

Həyat – borcdur, onu yerinə yetirin.

Həyat – oyundur, onunla oynayın.

Həyat – var-dövlətdir, qədrini bilin.

Həyat – sevgidir, ondan zövq alın.

Həyat – sirrdir, onu çözün.

Həyat – şansdır, onu qaçırmayın.

Həyat – kədərdir, ona qalib gəlin.

Həyat – mübarizədir, bərk dayanın.

Həyat – macəradır, ona qatılın.

Həyat – faciədir, onunla üzləşin.

Həyat – xoşbəxtlikdir, onu yaradın.

Həyat – çox gözəldir, onu məhv etməyin.

Həyat – həyatdır, onun üçün mübarizə aparın.

 

 

Korrektor:Əhmədova Sevinc



ŞƏRH YAZIN