Uğur Üzərində Qurulmuş Cənubi Koreya Təhsil Sistemi

0
3670
Uğur Üzərində Qurulmuş Cənubi Koreya Təhsil Sistemi

Daima Finlandiya təhsil sistemini oxuyuruq və bilirik. Bu yazımızda Finlandiya təhsil sistemindən çox fərqli Cənubi Koreya təhsil sistemini izah edirik.

Neçə vaxtdır sosial mediada Finlandiya mərkəzi olaraq Şimali Avropa təhsil sistemini tərifləmələrə doymuruq. Nə üçün? Çünki çox sərbəst, çox uğurlu və çox təəccübləndirən bir sistemləri var. Məktəbləri, sinifləri, müəllimləri və təbii ki şagirdləri də çox başqadır. Bizim tənəffüs dediyimiz şeyə onlar təhsil deyir və bizdən 100 qat daha çox uğur göstərirlər.
 
Ancaq ən az onlar qədər uğurlu tələbələr yetişdirən bir başqa təhsil sistemi də var; Cənubi Koreya təhsil sistemi. Kimsə sizə
Cənubi Koreyanın uğurdan uğura qoşan təhsil sistemini izah etmir, çünki Cənubi Koreyada təhsilini başa vuranlar qurban kəsib, torpağı öpürlər...
 
Budur, Skandinaviya təhsil sisteminə reaksiya olaraq doğan bir təhsil sistemi: Cənubi Koreya təhsil sisteminin xüsusiyyətləri.
 
1.Əslində yalnız Cənubi Koreyada deyil, Uzaq Şərqin böyük hissəsində təhsil işi son dərəcə intizamlı və çətindir. Bu ölkələr arasında Cənubi Koreya; Ən ifrat dərəcədə və mübahisəsiz ən uğurlu ölkə olaraq digərlərindən ayrılaraq önə çıxır.
 
2.Təəssüf ki Cənubi Koreyada sosial-iqtisadi pilləkənin pillələrini uğurla qalxmağın və etibarlı bir iş tapmağın yeganə yolu bir imtahandan çıxıb digərinə keçmək üzərində formalaşır.
 
3.Bu imtahanlar bizim tanış olduğumuz, Teog, YGS, KPSS, və s. imtahanlardan çox fərqli, geniş bir məlumat hakimiyyəti tələb edir və bu imtahanlara girmək son dərəcə yorucu və ağırdı.
 
4.Bugün indiyə qədər başda Cənubi Koreya və Yaponiya olmaq üzrə Uzaq Şərq ölkələrində imtahan mədəniyyətiylə dəstəklənən tərzdə bir təhsil uğuruna böyük hörmətlə yanaşılır.
 
5.Ancaq bu çətin və ağır təhsil sisteminin uğursuz olduğunu söyləmək mümkün deyil, çünki Cənubi Koreyadakı oxucu dramaturgiya nisbəti 100 faizə çatıb, həmçinin Cənubi Koreya, Beynəlxalq ölkələr arası uğurlu sınaq testlərində ən ön sıralarda yer alır.
 
6.Üstəlik bu uğur təkcə Riyaziyyat, Fizika, Kimya, və s. müsbət elmlərlə də məhdud deyil, tənqidi düşünmə və təhlil testlərində də Cənubi Koreyanın mübahisəsiz bir uğuru var.
 
7.Amma bu uğurun əlbəttə, bir bədəli var, Cənubi Koreyada şagirdlər uğurlu olmaq üçün güclü və amansız bir təzyiq altında yaşayırlar.
 
İstedad çox nəzərə alınmır, çünki Cənubi Koreyalılar çox çalışmağa və işgüzarlığa hər şeydən daha çox inanırlar.
 
8.Xüsusilə ailələr oxumamaq üçün heç bir bəhanə qəbul etmir, uşaqlar il boyu həm məktəbdə, həm də xüsusi müəllimlərlə dərsnən məşğul olur.
 
Ölkənin daxilində "əgər çox çalışsanız, kifayət qədər ağıllı ola bilərsiz" inancı hakimdir.
 
9.Cənubi Koreyalılar "Mükəmməl bir gələcəyə sahib olmaq üçün bu çətin dövrü keçməliyəm" ideyasının təsiri altından çıxa bilmir,çıxmaq istəmir.
 
Cənubi Koreyalı analar, eynilə Türkiyədə də tez-tez qarşılaşdığımız kimi universitetə giriş imtahanında uşaqlarının uğur qazanması üçün bol-bol dua edirlər.
 
10.Cənubi Koreyalıların təhsilə münasibətini "Qısa bir dövr əziyyət sonra ardından uzun müddət xoşbəxtlik" kimi ümumi bir fikirlə ifadə etmək olar .
 
Bu təzyiq təkcə ailələrin yaratdığı bir təzyiq deyil,Cənubi Koreya mədəniyyəti, ənənəvi olaraq uyğun olmağa və sistemə böyük dəyər verdiyi üçün digər şagirdlərdən gələn təzyiq də çıxış gözləntilərini yüksəldir. Cəmiyyətdə müşahidə olunan bu davranış tərzi özünü erkən uşaqlıq dövrü təhsilində də göstərir.
 
11.Eynilə digər Asiya ölkələrində olduğu kimi Cənubi Koreyada də siniflərin sayı olduqca çoxdur.
Ancaq Koreyada hədəf, bir müəllimənin sinifə bir icma kimi liderlik etməsi və  yaşıd əlaqələrinin inkişaf etməsi olduğu üçün bu çox da problem təşkil etmir.
 
12.Bu ağır, çətin təhsil sistemin uşaqları intihara çəkməsi də Cənubi Koreyanın problemləri arasındadır.
Daha yaxın zamanda Daejeon kəndində 16 yaşında iki litsey şagirdi "məktəbdən nifrət edirik" şəklində bir məktub qoyaraq intihar edib.
 
13.Dünyanın ən inkişaf etmiş 30 ölkəsi arasında Cənubi Koreya, 11-15 yaş arasında ən çox intihar hadisəsi yaşanan ölkəsidir.
 
14.Cənubi Koreyada məktəblər normalda saat 16.00-da bağlanır, ancaq kurs,hazırlıq və s. deyərkən bir tələbənin evə girməsi gecə 23.00-a gəlib çatır.
 
Və bu yalnız müəyyən bir qrupa aid vaxtlar deyil, hər litsey şagirdinin həyatı aşağı-yuxarı belədi.
 
15.Ancaq tələbələrin gündə 14 saatlarını məktəbdə keçirmiş olmaları Cənubi Koreyanın uğurlu olmasındakı əsas amil kimi göründüyü üçün bundan şikayətçi ola bilmirsiz.
 
Cənubi Koreyada İngilis Dili müəllimliyi edən Tom Owenby’a görə: Cənubi Koreya təhsil sisteminin tələbənin öz yolunu tapmasıyla heç bir əlaqəsi yoxdur, bu tamamilə digər tələbələrdən daha yaxşı olmaqla əlaqəlidir.
 
17.Cənubi Koreya təhsil sisteminin mərkəzində tək bir şey var, hər ilin Noyabr ayında keçirilən Universitet Giriş İmtahanı: Suneung.
 
Bu, elə bir imtahandır ki, tələbələri narahat etməsin deyə, təyyarələr belə havaya qalxmır.
 
18.Bu imtahanı ən gözəl yekunlaşdıran isə tələbə Xan Jae Kyungun sözləri: Cənubi Koreyanın ən yaxşı universitetlərindən birinə daxil olma ehtimalı ildırım çaxması ehtimalından da aşağıdır.
 
19.Bu qədər çətin, stresli, əziyyətli olmasına baxmayaraq müəllif Ammanda Ripley Cənubi Koreya təhsil sistemi ilə bağlı bunları söyləyir:
 
“Əgər orta hesabla bir Amerika təhsili ilə orta hesabla bir Koreya təhsili arasında seçim etmək məcburiyyətində qalsam, istəmədən də olsa Koreya modelini seçərdim. Reallıq odur ki, müasir dünyada uşaqlar necə öyrənmək, necə işləmək və uğursuzluqdan sonra necə yoluna davam etmək lazım olduğunu öyrənmək məcburiyyətindədir.Və Koreya modeli də məhz bunu öyrədir”
 
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN