Yarımçıq Papaqçı Olmayın!

0
2819
Yarımçıq Papaqçı Olmayın!

Onlar hər işə böyük həvəslə başlar, lakin onu yarım qoyub başqa həvəsə düşərlər. Eyni həvəslə başladığı digər işlərin də sonu eyni aqibətlə bitər.

Müəyyən mənada deyə bilərik ki, belə insanlar zamandan kənarda yaşayır. Onlar psixikanın şüurlu tərəfi ilə münaqişədə olan şüursuzluğun təsiri altında hərəkət edirlər. Keçmişdə yaşanan narahatedici hadisələr indi də onlara mane olur və nəticədə onlar səbəb-nəticə əlaqələrini müəyyən edə bilmirlər. Eyni zamanda davamlı və məsuliyyətli işləməyə də mane olur. Lakin bu yolla onlar özlərini də müdafiə edirlər ki, mənfi emosiyalardan və güclü narahatedici hadisələrdən qorunsunlar. 

İş nə qədər tamamlanmayıb, məsələn: diplom işi tam yazılmayıb və s.halda hər şey bizim ixtiyarımızdadır. Qoyulan nöqtə onu ifadə edir ki, məşğul olduğumuz bu iş artıq bu andan etibarən başqa insanların diqqətində və təsirində olacaq. Bu hall həmin insanı çox narahat bir vəziyyətə salır. Çünki o, bitirilən işinin layiqincə dəyərləndirilməyəcəyinə, pis qiymətləndiriləcəyinə özünü inandırmışdır. Bunun nəticəsində o, öz qabiliyyət və bacarığına şübhə ilə yanaşacaq. Bu cür mənfi gözləntilər çox ağrıdıcı olur. 

Bu cür hallarda belə insanlar işi uzatmağa çalışır, asanlıqla başqa işlərə meyl edir və əvvəlki işin uzanmasını vaxtsızlıqda görürlər. Bu yolla onlar reallıqdan və uğursuzluqdan qaçırlar. Adətən, bu halları yaşayanlar sərt və tələbkar analar tərəfindən tərbiyə almış şəxslər olur. Belə analar ən xırda detala qədər hər şeyi qiymətəndirər və bundan dolayı bu cür tərbiyə almış insanlar hər işi xırdalığına qədər təhlil edər, daim qüsur axtararlar. O, hər addımda rəğbətləndirmə, əminlik, eləcə də şərtsiz sevgi axtaracaq və öz gücünə inamsızlıq yaradacaq hər bir vəziyyətdən qaçmağa çalışacaq.

Digər vacib məqam isə konkret məqsədin olmamasıdır. Bu o zaman baş verir ki, insan öz üzərinə çoxlu sayda böyük öhdəliklər götürür, lakin onları həll edə bilmir. İşi axıra çatdırmaq ondan ayrılmaq deməkdir. Şüursuzluqda yaşanan gərginliklər ilkin uşaqlıq qorxuları iə bağlı ola bilər. Bəzi uşaqlar anadan və ya ana südündən ayrılma prosesini çətin keçirirlər. Dəhşətli qorxu – biz həmin anda uşağın yaşadığı gərginliyi belə adlandıra bilərik. Bu an şüursuzluğumuzda öz izlərini qoyur və onu xatırladacaq assosiasiyalar ilə qarşılaşdıqda yenidən canlanır. İşi uzadmaqla biz ən ağır xatirələrin yenidən yaşanmasından xilas olmaq üçün bir fənd olaraq istifadə edirik.

Uğursuzluq yaşantılarını dəff etməyi öyrənmək lazımdır. Necə? Hansı yollarla? 

Aşağıda sadalananları dəqiqliklə həyata keçirin:

 

1. Öz məqsəd və işlərinizin dəqiq planını tutun

 

2. Məqsədinizə doğru tədricən gedin

 

 

 3. Nəticəni əvvəlcədən təsəvvür edin

 

 

 4. Kiçik qələbələrinizə görə özünüzü mükafatlandırın.

 

Korrektor redaktor:Salmanlı Ayna

ŞƏRH YAZIN