İnternettə pul qazanmağın yoları

0
1711
 İnternettə pul qazanmağın yoları

İnternet dünyasında görülən iş ideyaları digər sektorlara görə daha tez və daha çox pul qazandırır. Online şəkildə istehlakçıları xəbərdar etmək keçmişə nəzərən daha asan olduğu üçün təşəbbüskarlara internet sektorunda yeni fürsətlər yaradır. Bu sektorda yeni bir iş qurmaq istəyirsinizsə, şox istəkli və əzmkar olmağınız lazımdır. Təşəbbüskarların bir çoxu hal-hazırda internet dünyasında pul qazanır. Nəyə görə siz də online iş qurmaq üçün qollarınızı çirmələmirsiniz?

Bir iş qurmaq çox tez bir şəkildə pul qazanmaq mənasına gəlmir. Bütün sektorlarda tez bir şəkildə pul qazanan təşəbbüskarlaraın olduğunu bilirik amma bunların heç biri işlərə infrastrukturu qurmadan başlamır. İstər sosial mediyadan varlanalar, istərsə dətexnalogiya məhsullarında yeniliyə imza atanların əslində işə ilk başladıqlarında çox çətinliklərlə üzləşdiklərini unutmayın. Bəzi istisnalar xaric bir çox ideyada mütləq bir iş planı vardır. Buna görə  siz də təşəbbüskarlıq etmək istədiyiniz sahələrdə mütləq bir iş planı yazın və iş modelinizin üstündə ciddi bir şəkildə işləyin.
 
1-Aylıq qutu abunə xidməti
Hər növ şaquli kateqoriyaya yayılmış bir çox aylıq qutu abunə xidməti var. Bu gün internet sayəsində öz premium (və ya premium olmayan) qutu servisinizi asanlıqla hazırlaya bilər və yenilənən gəlir modeli ilə mükəmməl bir iş görə bilərsiniz. Hər ay xidmət profilinizə görə hazırlanmış məhsulları müştərilərinizə qutuda göndərə bilərsiniz.
Qurman yeməkləri, kosmetika vasitələri, oyuncaqlar və daha bir çox şeyi əhatə edən qutu xidmətləri sahəsində təşəbbüskarlıq göstərə bilərsiniz. Bu iş ideyası təkrarlanan gəlir modelini qurmaq üçün mükəmməl bir yoldur və sizə sabit müştərilər qazandırır. İşin bir çox incəliyi var. Buna görə də işə başlamazdan əvvəl bir çox qutu abunə xidməti ilə əlaqədar olan işləri təqib etməlisiniz. Beləliklə ağlınızda bu işi necə görəcəyinizlə bağlı ətraflı fikir yaranacaqdır.
 
Bu iş ideyasıyla bağlı bəsit bir misal vermək lazımdırsa, əvvəlcə özünüz üçün hədəf kütlə müəyyən edin. Məsələn, ev heyvanları bəsləyənlər üçün aylıq qutular hazırlayın. Bu qutularda yem, qum və pet oyuncaqlardan ibarət məhsullar olur. Bu məhsulları sosial media və web saytlarda reklam edərək bir müştəei portfeli yaradırsınız.  Bundan sonra iş fikrinizə uyğun aylıq abunəçilər tapırsınız və qutu abunəçilərinə xüsusi paket göndərməyə başlayırsınız. Abunə qiymətləriniz qəbul edilən olmalı və göndərdiyiniz məhsullar üzərində mütəmadi işləməyiniz faydalı olacaqdır. Qutunun qiyməti ayda 100 lirə olsa və bu sizə 30 lirə qazandırsa, həqiqətən yaxşı rəqəmdir. 30 lirə qazanc ilə 100 müştəriyə ayliq göndəriş etmək 30 min lirə qazanmağınızı təmin edər. Təbii ki, işin içində müştəriləri əldə saxlamaq, yeni müştərilər tapmaq və əlinizdə olan malları hazır etmək kimi faktorlar da vardır.
 
2-Web saytları müxtəlif dillərə tərcümə etmək
İnternetdə mütləq Alibaba tərzində bir saytı görmüsünüz. Topdan ticarət edilən bu tərz saytlarda ümumiyyətlə İngilis dili üstünlük təşkil etsə də, başqa dillər də effektiv şəkildə istifadə edilir. Bu gün Türkiyədə bir çox şirkət saytı sadəcə Türk dilində fəaliyyət göstərir. Bir qrup şirkətlər İngiliscə və Türkcə fəaliyyət göstərsə də birdən çox dildə fəaliyyət göstərən sayt çox azdır.
Əslində burda internet təşəbbüskarları üçün böyük bir fürsət vardır. Bu fürsət, qlobal dillərdə fəaliyyət göstərən web saytlar hazırlamaqdır. İngilis, Çin, Rus, Alman, İspan və Fransız dillərini şirkət saytlarına inteqrasiya edərək həm yerli şirkətlərimizin dünyanın müxtəlif ölkələrindən əlçatan olmasını, həm də özünüzə effektiv bir iş sahəsi yaratmış olarsınız. 
 
İş sadəcə şirkət saytını müxtəlif dillərə tərcümə etməklə bitmir. Eyni zamanda bu web saytlarını ölkələrin ticarət portallarına və rəhbərlərinə də qeyd etdirərək pul qazana bilərsiniz.
 
3-Təhsillə bağlı işlər və kurslar
Ən tez pul qazandıran işlərdən biri də təhsillə bağlı işlər və kurslardan ibarətdir. İnsanlar vaxtaşırı özlərini inkişaf etdirmək istəyirlər. Buna görə də təhsil proqramlarına budcə ayırmaqdan çəkinməzlər. Təhsil kurslarınızı sata biləcəyiniz çoxsaylı sayt vardır.
Udemy kmi bir portaldan istifadə edə bilərsiniz.Udemy haqqında daha əvvəl yazdığımız yazıya bu linktən bacxa bilərsiniz. Başqa bir çox portal olsa da, Udemy öz bazarlıq metodları və sistemi baxımından ən məşhur təhsil saytıdır. Eyni zamanda təhsil videolarınız üçün offilite proqramlarına qeyd ola bilər və fərqli web saytlarda da təhsil dərslərinizin satışını həyata keçirə bilərsiniz.
 
4-Koçluk xidmətləri
Peşə, sağlamlıq və ya kompyuter sahəsində ixtisasınız vardırsa, nəyə görə koçluk (rəhbərlik) fəaliyyəti göstərmirsiniz? Harda yaşadığınızdan aslı olmayaraq, bir koç ola bilərsiniz və xidmətlərinizi Skype’dan vı ya şəxsən təqdim edə bilərsiniz  Ən yaxşı qabiliyyətinizi 3-ə endirin və qabiliyyətlərinizi yüksək biletli bir koçluk xidmətinə necə çevirəcəyinizə qərar verin.
 
Bu gün bu sektorda xidmət almaq istəyən müştərilər, koçluk proqramlarına minlərlə lirə ödəniş edirlər. Koçluk xidmətlərində Performans İnkişaf Etdirmə Koçluğu, Karyera Koçluğu, Problemlərin İdarə Edilməsi Koçluğu və Satış Koçluğu kimi bir çox fərqli sahədə xidmət verə bilərsiniz. Koç olaraq hazırlaşmaq üçün işini yaxşı yerinə yetirən qurumlardan təhsil ala bilər və daha sonra öz müştərilərinizi tapa bilərsiniz.
 
5-Sosial mediyanın idarə edilməsi
Sosial media bu günlərdə çox inkişaf etdi və müəssisələrin onları idarə etmək üçün vaxtı ya da məlumatı yoxdur. Yenə də bunun bazarlıqda ən əhəmiyyətli üsullardan biri olduğunu bilirlər və bu işləri idarə edə bilən şəxslərə ehtiyacları vardır.
 
Hal-hazırda müəssisələr, sosial mediyanın idarə edilməsinə görə külli miqdarda pullar xərcləməyə hazırdırlar. Sosial mediyanı idarə edərək şirkətlərin potensial satışlarını artırmağa kömək edə bilsəniz, müştəri siyahınız vaxt keşdikcə artacaqdır. Bu sektorda ən popluyar strategiyaları kəşf etmək üçün digər popluyar media istifadəçilərini tez-tez təqib etməlisiniz.
 
Sosial medyada çox vaxt Facebook və İstagram kimi effektiv saytlarda bazarliq vərdişlərinə yiyələnmək üçün köməkçi keçidlərdən də istifadə etməlisiniz. Bunlara misal olaraq, Buffer, Hootsuite, SproutSocial, Raven, Pagmendo və TweetDeck kimi keçidləri göstərmək olar.
 
6-Seo xidmətləri
Seo’nun mənası “axtarış sisteminin optimallaşdırılması” deməkdir. Qısa şəkildə desək, Türkiyədə Google ən çox istifadə edilən axtarış sistemi olduğu üçün şirkətlərin saytlarının optimallaşdırılması və işlək tutlması deməkdir. Seo və web inkişaf etdirmə bazarı hər zaman olduğundan daha böyük və dayanmadan inkişaf edən bir qurluşa malikdir. SEO əməliyyatları şox dəyişkən olduğu üçün bir çox şirkət üçün təhlükəli xarakter daşıyır. 200-dən çox alqoritm düzmək faktoru ilə məşğul olmağavaxtı olmayanlar üçün verilən bu xidmətlərdən pul qazanmaq üçün təhsil ala bilər və ya özünüzü hazırlaşdıra bilərsiniz.
 
Seo işində sizə kömək edəcək bir çox vasitə vardır. Moz Analytics, Ahrefs və SemRush kimi bir çox seo keçidinin necə işlədiyini və hansı işlərdə istifadə olunduğu öyrənməlisiniz. Seo əməliyyatlarında qiymətlər dəyişkəndir və ümumən təşəbbüskara pul qazandırmaq qabiliyyətinə malikdir. Belə ki, bəzi şirkətlər seo xidməti üçün aylıq 3000 lirə, bəziləri isə birdəfəlik 60.000 lirəyə qədər ödəniş edirlər.
 
7-Reklam idarə etmə agentliyi
Hazırda Facebook, Google və YouTube reklamları baxış hesabı reklamçılığın qabaqcıl gücünə çevrildi. PPC vasitəsinə dərindən bələd olanlar üçün, hər hansı müəssisə, tez və effektli şəkildə qiymətləndirilə bilir. Facebook və Google reklamlarınin necə işlədiyini öyrənmək üçün vaxt ayırın. Bu mövzularda dərs alın və düzgün kütləni əldə edə bilmək üçün ən yaxşı taktikaları üzə çıxardın. Düzgün kütləni əldə etsəniz və o kütləyə xitab edən ən düzgün təklifi alsanız, tezliklə bazarınızı genişləndirə bilərsiniz
 
 
 
Tərcümə etdi: Rəşadət Hidayətov

ŞƏRH YAZIN