Nə Olursa Olsun Doğru Olanı Etmək Əhəmiyyətlidir

0
4458
Nə Olursa Olsun Doğru Olanı Etmək Əhəmiyyətlidir

Nə olursa olsun, harada olursa olsun, nə vaxt olursa olsun doğru olanı etmək, doğrunu söyləmək əhəmiyyətlidir. Bu hekayə doğru olanı etməyi izah edən xoş bir yazıdır.

On bir yaşı var idi və gölün ortasında adadakı evlərində nə zaman əlinə bir fürsət keçsə dərhal balıq tutmağa gedərdi. Suf balığının ov qadağasının qalxmasından bir gün əvvəl, atasıyla axşam kiçik günəş balıqlarından tutdu.
 
Sonra qarmağına yem taxıb, qarmaq fırlatma təlimi etdi. Qarmağının sürətlə çəkildiyini hiss etdikdə, qarmağa böyük bir balıq gəldiyini anladı. Atası oğlunun balığı çəkməsini heyranlıqla izlədi.
 
Uşaq sonunda yorğun düşən balığı sudan çıxardı. O günə qədər gördüyü ən böyük balıq idi, bir suf balığı, amma ov qadağasının qalxmasına yalnız saatlar qalmışdı. Ata oğul gözəl balığa baxdılar, pulları ay işığında işıl-işıl parıldayırdı. Atası bir kibrit yandırıb saatına baxdı. Saat on olmuşdu. Ov qadağasının bitməsinə hələ iki saat  var idi. Əvvəl balığa, sonra oğluna baxdı.
 
"Suya geri buraxmaq lazımdır, oğlum" dedi.
 
"Ata!" deyə etiraz etdi uşaq kövrək bir səslə.
 
"Başqa balıqlar da var," dedi atası.
 
"Amma heç biri bunun qədər böyük deyil!" dedi uşaq.
 
Gölə gözucu bir nəzər yetirdi. Göldə heç bir balıqçı gəmisi yox idi. Atasının üzünə baxdı bu dəfə. Özlərini heç kimin görməmiş olmasına, kimin nə balığı tutduqlarını bilməsinin qeyri-mümkün olmasına qarşı, atasının səsindən bu mövzuda heç bir güzəşt olamayacağını anlamışdı.
 
Qarmağın ucunu balığın ağzından çəkdi və balığı gölün qaranlıq sularına buraxdı. Balıq suya düşər düşməz, bir-iki çırpındı və gözdən itdi.
Uşaq bir daha bu qədər böyük bir balıq tutmayacağından əmin idi.
 
Bu hadisə bundan tam 34 il əvvəl oldu. Bu gün o uşaq şəhərin məşhur memarlarındandır. Atasının kiçik evi hələ də o adadadır. Oğlunu və qızlarını yenə o adadakı kiçik evə balıq tutmağa aparır.
 
Uşaq haqlı idi. Bir daha o qədər böyük bir balıq tuta bilmədi.
 
Lakin dəyərlər mövzusunda bir dilemma yaşadığı zaman həmişə o balığı gözünün önünə gətirir. Atasından öyrəndiyi kimi dəyərlər doğru ilə səhvin nə olduğu mövzusunda çox sadə bir mövzudur. Çətin  olan yalnız dəyərlərin  tətbiq olunmasıdır.
 
Bəziləri görmədiyi zaman da doğru olanı edə bilirik mi? Bəli, kiçik yaşlarımızda bizlərə balığı suya geri buraxmaq öyrədilsəydi, doğru olanı edə bilərdik. Çünki həqiqətin və doğrunun nə olduğunu öyrənmiş olardıq.
 
Doğru olanı etmə qərarı yaddaşımızdakı canlılığını heç bir zaman itirməz. Bu anı dostlarımıza və nəvələrimizə sinəmizi gərə-gərə danışarıq.
 
Fürsətlərdən faydalanmaq deyil, doğru olanı etməkdir əhəmiyyətli olan.
 
Övladını elə qarşıla ki, evə gəldiyi zaman, ən gözəl yerə gəldiyini hiss etsin ...
 
Həyat yoldaşını elə qarşıla ki, yanına gəldiyi zaman, ən doğru insana qovuşduğunu hiss etsin…
 
Ananı  elə qarşıla ki, doğumundakı ağrıları ləzzətlə mübadilə etsin.
 
Atanı elə qarşıla ki, ömür boyu bir başqa övlada qibtə etməsin.
 
İş yoldaşını elə qarşıla ki, dünyanın ən yaxşı insanıyla dünyanın ən həyəcanlı işini edirəm hissini yaşasın
 
Kasıbı elə qarşıla ki, ona açdığın süfrədən, daha böyük bir dua süfrəsi bəxş etsin...
 
Zənginləri  elə qarşıla ki, könlünü gördüyündə, öz könlünün kasıblığını öldürsün.
 
Halbuki indi dünyamızda yüksələn dəyərlər, nə qədər 'gözüaçıq'  olub, insanları aldadaraq, fürsətləri dəyərləndirib ağıllı və bacarıqlı bir fərd olduğumuzu göstərmək deyil mi?


Tərcümə etdi: Aytən İsmayılova

ŞƏRH YAZIN