Ata Və Oğulun Hekayəsi

0
10275
Ata Və Oğulun Hekayəsi

80 yaşına çatmış yaşlı ata ilə onu ziyarətə gələn 45 yaşında və yaxşı bir işi olan oğlu salonda otururdular. Uzun söhbət etdikdən sonra oğlu susmuş, artıq getmək istəyirdi. O anda üzərində oturduqları divanın yanındakı pəncərənin pərvazına bir qarğa qondu. Yaşlı ata qarğaya gülümsəyərək bir az baxdıqdan sonra oğlundan soruşdu:

- Bu nədi oğlum?

Oğlu çaşmış halda cavablandırdı:

- O bir qarğadı ata.

Yaşlı ata qarğaya bir az daha baxdıqdan sonra yenə soruşdu:

- Bu nədi oğlum?
 
Oğlu daha da çaşmış yenə cavablandırdı:
 
- Ata o bir qarğadır.
 
Qarğa hələ pərvazda gülməli hərəkətlərlə başını sağa sola çevirir, başını yan yatırdır, havaya baxır, sonra başını yen onlara çevirirdi. Yaşlı ata üçüncü dəfə soruşdu:
 
- Bu nədi?
 
Oğlunun çaşqınlığı səbrsizliyə dönmüşdü:
 
- O bir qarğadı ata, üç oldu soruşursan. Məni eşitmirsənmi?
 
Yaşlı ata dördüncü dəfə də soruşduqda oğlunun səbri daşdı və səsini yüksəltdi:
 
- Ata bunu niyə edirsən? Tam dörd dəfədir onun nə olduğunu soruşursan, sənə cavab verirəm və sən hələ soruşmağa davam edirsən. Səbrimi yoxlayırsan?
 
Atasının üzündə hələ də bir gülümsəmə göründü. İçəri otağa getdi və əlində bir dəftərlə döndü. Bu bir xatirə defteri idi. Oturdu. Səhifələrini qarışdırdı ve axtardığını tapdı. Sevgiylə gülümsəməyə davam edərək səhifəsi açıq bir vəziyyətdə dəftəri oğluna uzatdı və o səhifəni oxumasını söylədi.
Səhifədə yazılmışdı:
 
"Bu gün 3 yaşındakı kiçik balamla salondakı divanda oturarkən yanımızdakı pəncərənin pərvazına bir qarğa qondu. Oğlum tam 23 dəfə onun nə olduğunu soruşdu. 23-cü dəfə soruşanda da ona sevgiylə sarılaraq onun bir qarğa olduğunu söylədim. Narahat olmaqmı? Xeyr! Onun sualını günahsızca təkrar edişi içimi sevgiylə doldurdu."
 
Uşaq vaxtı biz böyüklərdən soruşaraq öyrənirik. Vaxt gəlir onlar bizden nəsə soruşurlar. Onlara eyni semimiyyətlə cavab verməliyik. Yoxsa hekayədəki kimi davranmamalıyıq!!!

ŞƏRH YAZIN